Rusiya

Xalq artistinin sahildəki 4,2 min kv-lıq mülkü əlindən alınır

27 Dekabr 2025 20:54
Baxış: 953
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın xalq artisti Filipp Kirkorova Moskva çayı sahilindəki 4,2 min kv.m-lik şəxsi ərazini boşaltmaq üçün 6 ay vaxt verilib.

Milli.Az xəbər verir ki, Təbi Sərvətlər üzrə Federal Nəzarət Xidməti mülkün ictimaiyyətin girişi üçün açıq olan sahil zolağında yerləşdiyini təsdiqləyib və xalq artistinə xəbərdarlıq edib.

Nəşr yazıb ki, Saratovdan olan biznesmeni Qleb Rıskov oktyabrda Kirkorova qarşı iddia qaldırıb. O hesab edir ki, 2003-cü ildə torpaq qanunsuz olaraq özəlləşdirilib və müğənni 2022-ci ildə üç torpaq sahəsini bir yerə birləşdirib.

"Yanvarın sonuna dinləmə təyin edilib. Bundan sonra Rıskov torpaqdan turizmin inkişafı üçün istifadəyə icazə almaq istəyir", - məlumatda deyilir. (kult.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.