Rusiyanın xalq artisti Filipp Kirkorova Moskva çayı sahilindəki 4,2 min kv.m-lik şəxsi ərazini boşaltmaq üçün 6 ay vaxt verilib.
Milli.Az xəbər verir ki, Təbi Sərvətlər üzrə Federal Nəzarət Xidməti mülkün ictimaiyyətin girişi üçün açıq olan sahil zolağında yerləşdiyini təsdiqləyib və xalq artistinə xəbərdarlıq edib.
Nəşr yazıb ki, Saratovdan olan biznesmeni Qleb Rıskov oktyabrda Kirkorova qarşı iddia qaldırıb. O hesab edir ki, 2003-cü ildə torpaq qanunsuz olaraq özəlləşdirilib və müğənni 2022-ci ildə üç torpaq sahəsini bir yerə birləşdirib.
"Yanvarın sonuna dinləmə təyin edilib. Bundan sonra Rıskov torpaqdan turizmin inkişafı üçün istifadəyə icazə almaq istəyir", - məlumatda deyilir. (kult.az)
Milli.Az