Hadisə

Rusiyada azərbaycanlılara məxsus daha bir kafe sökülür - FOTO

30 Dekabr 2025 12:51
Baxış: 405
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yekaterinburqda azərbaycanlılara məxsus məkanlardan biri olan "Kaspiy" kafesinin söküntüsünə başlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə "Kommersant" qəzeti məlumat yayıb. Məlumata görə, söküntü ilə bağlı açıqlamanı Yekaterinburq şəhərinin İctimai Palatasının üzvü Dmitri Çukreyev verib.

Qeyd edək ki, sözügedən kafe bu ilin yayında Yekaterinburqda Azərbaycan vətəndaşlarının kütləvi saxlanılmasından sonra polis tərəfindən döyülmə nəticəsində həyatını itirən Hüseyn və Ziyaddin Səfərovlara məxsus olub.

"Kaspiy" kafesi uzun müddət Yekaterinburqda yaşayan azərbaycanlıların bir araya gəldiyi məkan kimi tanınırdı.

Hadisə ilə bağlı əlavə rəsmi açıqlama verilməyib.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.