Ölkə

Deputatlar tətilə çıxdı

30 Dekabr 2025 12:59
Baxış: 210
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli Məclisin 2025-ci il payız sessiyası başa çatıb.

Milli.Az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclası başa çatdıqda 2025-ci il payız sessiyasını bağlı elan edib.

Məlumat üçün bildirək ki, Konstitusiyaya uyğun olaraq Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır.

Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyulun 15-dən avqustun 30-dək və yanvarın 1-dən 15-dək tətilə buraxılır.

Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.