BƏƏ Sudan böhranı ilə bağlı movqeyini açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dekabrın 19-da Sudanda və onun xaricində yaşayan Sudan xalqı 2018-ci ilin dekabr inqilabının 7-ci ildönümünü qeyd etdilər. İnqilab pisləşən iqtisadi və siyasi şərtlərə qarşı etiraz kimi başlamış və Sudan xalqının inqilabın məqsədlərinə nail olmaq istiqamətində dayanıqlığını və qətiyyətini təcəssüm etdirmişdir.
Milli.Az TurkicWorld-ə istinadən xəbər verir ki, təxminən 3 il davam edən faciəvi vətəndaş müharibəsindən və mülki keçid hökumətinin devrilməsindən 5 il keçməsindən sonra Sudanlıların əsas arzuları müharibənin dərhal dayandırılması və ekstremizm, terrorizm və əvvəlki rejimlərin dağıdıcı siyasətlərindən azad, demokratik mülki dövlətin qurulmasına yönəlmişdir.
Birləşmiş Ərəb Əmirlikləri sarsılmaz mövqeyini bir daha təsdiqləyir:
1. Dərhal və qeyd-şərtsiz atəşkəsin elan edilməsi;
2. Humanitar yardımın təcili, təhlükəsiz və maneəsiz şəkildə çatdırılmasının təmin edilməsi;
3. Müharibə aparan tərəflərin heç biri tərəfindən nəzarət olunmayan, Sudanlıların təhlükəsizlik, sabitlik və sülhə dair arzularını reallaşdıracaq mülki rəhbərlik tərəfindən müstəqil siyasi keçidin həyata keçirilməsi;
4. Sudan xalqının maraqlarını ali prioritet hesab edən və ABŞ-ın rəhbərlik etdiyi Kvartetlə (Quad) birgə işləmək öhdəliyi.
Qeyd edilməlidir ki, Afrika İttifaqı Port Sudan Administrasiyasının (PSA) legitimliyini tanımır. PSA-nın son dövrlərdə yayınma və təbliğat xarakterli fəaliyyəti müəyyən ekstremist aktorların və şəbəkələrin əsas milli institutlara təsir göstərmək cəhdləri ilə bağlı narahatlıqlar yaradır.
Həmçinin, aşağıdakı keçidə müraciət edilməsi tövsiyə olunur. Bu, CNN və Lighthouse Reports tərəfindən hazırlanmış birgə araşdırma hesabatıdır və PSA tərəfindən Sudanın Əl-Cəzirə ştatı üzrə mülki əhalini hədəf alan, etnik motivli kampaniyanı sənədləşdirilmiş sübutlarla ifşa edir.
BƏƏ-nin səyləri hər zaman ilk növbədə humanitar xarakter daşıyıb (2015-2025-ci illərdə BƏƏ Sudan Respublikasına 4,24 milyard ABŞ dolları həcmində yardım göstərmiş, 2023-2025-ci illərdə isə 784 milyon ABŞ dolları məbləğində humanitar yardım töfhə vermişdir ki, münaqişə başlayandan bəri BƏƏ ABŞ-dan sonra Sudana ən böyük ikinci donor olmuşdur).
BƏƏ bu dağıdıcı vətəndaş müharibəsi dövründə Sudan xalqına qarşı hər iki vuruşan tərəfi- həm PSA-nın, həm də Sürətli Dəstək Qüvvələrinin (Rapid Support Forces) hərəkətlərini qətiyyətlə pisləməyə davam edir.
BƏƏ mülki şəxslərə qarşı törədilən zorakılığın və vəhşiliklərin dayandırılması üçün birləşmiş regional və beynəlxalq səylərin vacibliyini vurğulayır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İspaniyadakı qatar qəzasının səbəbi bəlli oldu
-
İspaniyada sürət qatarları toqquşdu - 64 nəfər öldü - (Yenilənib/Video)
-
"Fənərbağça"ya müvəqqəti baş məşqçi təyin olundu
-
Ermənistanda növbədənkənar seçkilər gündəmə gəldi
-
Prezident seçkilərində məğlub oldu, ölkədən getdi - (Foto)
-
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi
XƏBƏR LENTİ
-
Səhər yeməyi ilə 10 kilo alan həkim vərdişini dəyişdi və arıqladı
-
Evdən çıxanda telefonun bu funksiyalarını söndürün
-
Gözü dincəltmək üçün 20-20-20 qaydası - (Video)
-
Dünyaya ata olmaq üçün gələn 3 bürc
-
İpek Erdem uzun illərdən sonra - tanımaq olmur - (Foto)
-
Ən bahalı "iPhone"un əsas qüsurları açıqlandı
-
Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?
-
Firəngiz Mütəllimova ailə qurmamasının səbəbini açıqladı
-
Şəhərin mərkəzində söküntü işlərindən narazılıq - (Video)
-
Günün qoroskopu: Sevgi həyatınız möhkəmlənir
-
Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı
-
Məktəbdəki insidentlə bağlı açıqlama
-
Bakının 3 rayonunda işıq olmayacaq
-
“Bəzi futbolçularımız dərsdən məşqə acqarına gəlir” - Rəşad Sadiqov
-
İspaniyadakı qatar qəzasının səbəbi bəlli oldu
-
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin (Fotosu)
-
REAL TV əməkdaşlarına qarşı kütləvi azğınlıqda iştirak edənlərin hər biri öz layiqli cəzasını alacaq - Mir Şahin Ağayev
-
Bağça direktorunun azyaşlıya qarşı zorakılıq etdiyi deyilir - (Video)
-
Efirə brilyantla gəldi - Fatiməyə “görməmiş” dedilər - (Video)
-
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
-
Faciəvi şəkildə ölən 7-ci sinif şagirdinin məktəb yoldaşları danışdılar - (Video)
-
Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama
-
Tarixin ən yaxşı "Qızıl Top" qalibi açıqlandı
-
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib





