İdman

Adnan Əhmədzadənin sponsoru olduğu klub dağılır

30 Dekabr 2025 13:13
Baxış: 424
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan I Liqasının iddialılarından olan "Mingəçevir"də futbolçular yenidən maaş ala bilmir.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, iki aydır maaşlarını almayan oyunçular gələn təklifləri nəzərdən keçirirlər.

Komandanın böyük hissəsi artıq yeni klub axtarışındadır. Oyunçuların suallarına cavab olaraq rəhbərlik susmağa üstünlük verir.

Baş məşqçi Ramiz Məmmədov futbolçulara yalnız "Səbrli olun" cavabını verir. Bu isə onları qane etmir.

Xatırladaq ki, "Mingəçevir"in sponsoru ASTA-dır. Bu şirkətin sahibi olan SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə barədə bir neçə ay öncə həbs qətimkan tədbiri seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.