"Tofaş"ın istehsalı dayandırılır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Almaniyada olduğu kimi, Türkiyədə də avtomobil sənayesində istehsala fasilə xəbəri yayılıb.
Milli.Az xəbər verir ki, Tofaş Türk Otomobil Fabrikası A.Ş Bursa şəhərində yerləşən istehsal müəssisəsində istehsalı müvəqqəti dayandıracaq. Şirkətin açıqlamasına görə, il sonu inventar sayımı və planlı texniki baxım işləri ilə əlaqədar 2-11 yanvar 2026-cı il tarixlərində istehsal prosesi tamamilə dayandırılacaq. Zavodda istehsalın 12 yanvar 2026-cı il, bazar ertəsi günü bərpa olunacağı bildirilib.
Məlumat Kamuyu Aydınlatma Platformuna (KAP) təqdim olunan rəsmi açıqlamada yer alıb.
Açıqlamada qeyd olunub ki, fasilə istehsal xətlərində aparılacaq texniki işlərin təhlükəsiz və səmərəli şəkildə icrası məqsədi daşıyır.
Qeyd edək ki, Tofaş-da istehsala fasilə qərarı fonunda müəssisədə əmək mübahisəsi də davam edir. Türk Metal Həmkarlar İttifaqı işçilər üçün 20 faiz əməkhaqqı artımı və 35 lirəlik əlavə yaxşılaşdırma tələb edib. İşəgötürənləri təmsil edən MESS isə 5 faiz artım və 11,50 lirəlik təklif irəli sürüb. Tərəflər arasında razılıq əldə olunmadığı üçün işçilər fabrik daxilində etiraz aksiyalarına başlayıblar.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Kəmaləddin Heydərovdan yeni təyinatlar
-
Rəşad İlyasov Firuzə İbadovanın evinə gedib, onunla mahnı oxudu - (Video)
-
“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir - (Foto)
-
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
-
Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi
-
Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?
-
DanceAbility Azerbaijan “Sərhədsiz uçuş” inklüziv multidissiplinar sərgisini təqdim edir - (Foto)
-
Fazil Əliyev vəfat etdi
-
Zelenski Türkiyədə səfərdədir
-
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq
-
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu açıqlaması
-
Türkiyədə zəlzələ oldu
-
“Yaddaşdan ötə” sərgisində Faiq Əhməd və Fərid Rəsulovun xalça kolleksiyaları təqdim olunur - (Foto)
-
Gəncədə 18 minlik qızıl oğurlayan şəxs saxlanıldı
-
İki güləşçimiz dünya çempionatının yarımfinalında
-
Azərbaycanda 1800 vətəndaş orqanlarını bağışladı
-
Türkiyə ordusu şəhid verdi
-
Bərdədə yeniyetmə ağır qəza törətdi
-
Bakıdan Moskvaya gəmi ilə kruiz turu başlayacaq
-
Bakıya uçan təyyarə havaya qalxa bilmədi
-
Bakıdan Tbilisiyə daha ucuz qiymətə gedə biləcəksiniz
-
"Nobel" arzusu xanımına nəsib ola bilər
-
Tramp kameraların önündə jurnalisti təhqir etdi





