Cəmiyyət

Zabit kursunu bitirən ali təhsilli müddətli hərbi qulluqçulara leytenant hərbi rütbəsi veriləcək

30 Dekabr 2025 12:21
Baxış: 327
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına leytenant hərbi rütbəsi veriləcək.

Milli.Az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclaslında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.