Hadisə

Vətən Müharibəsi Qəhrəmanının anası vəfat etdi - FOTO

30 Dekabr 2025 10:12
Baxış: 545
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynovun anası vəfat edib.

Milli.Az xəbər verir ki, 85 yaşlı Zərnigar Hüseynova bu gün Ağdamın Mirəşelli kənd məzarlığında - digər oğlu şəhid Füzuli Hüseynov və həyat yoldaşı Əhəd Hüseynovun yanında dəfn olunacaq.

10 uşağı olan Zərnigar Hüseyova eyni zamanda şəhid və 3 veteran anası idi.

Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynov "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Evlidir. Bir oğlu, bir qızı var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.