ABŞ-in Oreqon ştatı Prezident Donald Trampın qərarına görə onun administrasiyasını məhkəməyə verib.
Milli.Az xəbər verir ki, ştat prokuroru Den Reyfild sentyabrın 28-də Portlendə Milli Qvardiya qüvvələrinin göndərilməsini "qeyri-qanuni federallaşdırma" adlandıraraq iddia qaldırıb.
Qubernator Tina Kotek isə sentyabrın 27-də Trampla telefon danışığı apararaq, bölgədə milli təhlükəsizliyə təhdid olmadığını bildirib.
Qeyd edək ki, Tramp həmin gün "daxili terrorizmlə mübarizə" məqsədilə Portlendə hərbçilərin göndərilməsi barədə göstəriş vermişdi.
Asya
Milli.Az