Amerika

Tramp: Qəzza ilə bağlı razılaşmaya yaxınıq

26 Sentyabr 2025 18:37
Baxış: 863
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp Qəzza ilə bağlı yeni sülh planı təklif edib.

Milli.Az xəbər verir ki, planın əsas bəndlərinə girovların azad edilməsi, daimi atəşkəsin təmin olunması, İsrail ordusunun tədricən geri çəkilməsi və HƏMAS-sız bir idarəetmə modeli daxildir.

ABŞ Qəzzada ərəb və müsəlman ölkələrinin sülhməramlı qüvvələrinin yerləşdirilməsini və infrastrukturun ərəb dövlətlərinin maliyyəsi ilə yenidən qurulmasını təklif edir.

Digər tərəfdən, ərəb ölkələri öz qırmızı xətlərini müəyyənləşdirib: ilhaq olmayacaq, yeni qəsəbələr salınmayacaq, Məscidül-Əqsaya toxunulmayacaq və humanitar yardım sürətlə artırılacaq.

Sentyabrın 29-da Tramp və Netanyahu planı müzakirə edəcək. 

"Görünür ki, Qəzza ilə bağlı razılaşmaya çatmışıq. Bu razılaşma girovların azad edilməsini təmin edəcək, müharibəni bitirəcək və sülhü bərqərar edəcək", - Tramp qeyd edib.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.