Şou-biznes

"Dünən bir yerdə toyda idik..." - Cabirdən yazdı

29 Sentyabr 2025 16:02
Baxış: 1 207
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov bu gün qəfil dünyasını dəyişib. 

Milli.Az xəbər verir ki, müğənni Zamiq Hüseynov sosial şəbəkə hesabından ötən gecə mərhum aktyorla birlikdə toyda olduqlarını yazıb. 

"Dünən bir yerdə toyda idik. Qucaqlaş, öp, bağrına bas, rəqs et, sən demə, sonuncu dəfə imiş. Çox heyif! Yaxşı insan, gözəl dost, Allah sənə rəhmət eləsin! Vaxtsız getdin! Hər zaman qəlbimizdə gülər üz, pozitiv, nümunəvi bir insan kimi qalacaqsan. Məkanın cənnət olsun, dostum", - deyə müğənni qeyd edib.

Qeyd edək ki, C.İmanov bu gün idman zalında infarkt keçirərək vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.