5 və 6 iyun tarixlərində, saat 12:00-dan 20:00-dək Bakıda Rəna Nəcəfzadə-Səadəddinovanın rəhbərlik etdiyi qadınlar cəmiyyəti İZ Community tərəfindən təşkil olunan "Squeeze the Moment" adlı 10-cu yubiley yarmarka-vorkşopu baş tutacaq.
Giriş sərbəstdir.
Bu illik tədbir inkişaf, ilham və səmimi ünsiyyət axtaran yüzlərlə qadını bir araya gətirir.
Tədbir şəhərin ən ab-havalı məkanlarından biri olan "Gizli Bahçe"-də keçiriləcək və yerli, eləcə də beynəlxalq brendləri birləşdirəcək - dizayner geyimləri və aksesuarlarından tutmuş kosmetika, keramika və dekor məhsullarına qədər.
Qonaqları limon mövzulu master-klaslar, yay ab-havalı fotosahələr, musiqi proqramı və tanınmış media simaları ilə canlı diskussiya gözləyir.
"Bizim üçün ən vacibi - hər bir qadının özünü ifadə edə biləcəyi, işini tanıdacağı və həmfikir qadınlarla tanış olacağı bir mühit yaratmaqdır. Biz ilk addımlarını atan sahibkar qadınlara və startapçılara dəstək oluruq", - deyə İZ Communitynin təsisçisi Rəna Nəcəfzadə-Səadəddinova bildirib.
İZ Community bu günə qədər 6000-dən çox aktiv iştirakçı, 450-dən artıq tədbir və 15 000-dən çox ziyarətçi ilə böyüməyə davam edir.
Milli.Az