Ermənistan polis rəisi, daxili işlər nazirinin müavini Aram Ovannisyan tutduğu vəzifədən azad edilib.
Milil.Az xəbər verir ki, müvafiq qərarı Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıb.
Bildirilib ki, Ovannisyanın istefaya göndərilməsindən bir neçə dəqiqə əvvəl məlum olub ki, Hovhannisyanın Paşinyanın tələbi ilə istefa ərizəsi yazıb.
Bu qərarın səbəbləri barədə məlumat verilmir.
Qeyd edək ki, A.Ovannisyan 1990-cı illərdən Ermənistanın daxili işlər orqanlarında işləyib, 2023-cü ilin yanvarında isə Ermənistan Polisinin rəisi təyin edilib.
Fidan
Milli.Az