Siyasət

Azərbaycan-Avstriya Qarışıq Komissiyasının həmsədri dəyişdi

2 İyun 2025 16:00
Baxış: 421

Azərbaycan ilə Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın həmsədri dəyişib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" Sərəncama edilən dəyişiklikdə əksini tapıb.

Komissiyanın həmsədri rəqəmsal inkişaf və nəqliyyat naziri olub. Dəyişikliyə görə, bundan sonra həmsədr rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.