İranın Azərbaycandakı yeni səfiri seçilib.
Milli.Az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai mətbuat konfransında bildirib.
"İranın Azərbaycandakı səfiri seçilib və təqdim olunub. O, Avrasiya üzrə ixtisaslaşmış çox təcrübəli və tanınmış diplomatdır", - İran XİN rəsmisi qeyd edib.
Qeyd edək ki, İranın Azərbaycandakı səfirinin Seyid Abbas Musəvinin səlahiyyət müddəti 2024-cü il may ayında başa çatıb.
Milli.Az