Texnologiya

WhatsApp-dan yenilik - Ailədə "söz-söhbət" yaradacaq funksiya əlavə olundu

29 May 2025 13:42
Baxış: 3 976
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"WhatsApp" fərdi mesajları kilidləmək funksiyasını istifadəyə verib.

Milli.Az xəbər verir ki, "WhatsApp" istifadəçilərə istədikləri fərdi və ya qrup söhbətlərini ayrıca kilidləmək imkanı yaradan yeni funksiyanı istifadəyə verib.

"Chat Lock" (Söhbət Kilidi) adlanan bu funksiya sayəsində istifadəçilər müəyyən söhbətləri əsas siyahıdan gizlədərək yalnız biometrik təsdiqlə (barmaq izi və ya Face ID) daxil ola biləcəklər. Kilid qoyulmuş söhbətlər ayrıca "Kilidli söhbətlər" bölməsində yerləşir və həmin bölməyə daxil olmaq üçün istifadəçi kimliyinin təsdiqlənməsi tələb olunur.

Kilid tətbiq olunan söhbətlərə gələn bildirişlərdə mesajın məzmunu göstərilmir. Bu funksiya həm Android, həm də iPhone cihazlarında aktivdir və şəxsi məlumatların qorunmasını gücləndirməyi hədəfləyir.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.