Siyasət

Bitki və bitkiçilik məhsullarına daxili karantin sertifikatının verilməsi qaydası hazırlanacaq

2 İyun 2025 15:55
Baxış: 370

Prezident İlham Əliyev "Lisenziyalar və icazələr haqqında" Qanunda dəyişiklik edilməsi barədə" qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişikliyi təsdiqləyib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bitki və bitkiçilik məhsullarına daxili karantin sertifikatının verilməsi qaydası hazırlanacaq.

Nazirlər Kabineti bitki və bitkiçilik məhsullarına daxili karantin sertifikatının, həmin məhsulların ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının verilməsi qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.