Mədəniyyət

Cəfər Cabbarlının “Solğun çiçəklər” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçiriləcək

2 İyun 2025 15:15
Baxış: 393
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cəfər Cabbarlının "Solğun çiçəklər" pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçiriləcək.  

7 iyun, saat 19:00-da Azərbaycan Milli Gənc Tamaşaçılar Teatrının "Artstudiya" teatr studiyasında birhissəli mistik faciə janrında hazırlanan "Solğun çiçəklər" tamaşasının premyerası olacaq. 

Tamaşanın bədii rəhbəri Əməkdar artist Nicat Kazımov, quruluşçu rejissoru Səbinə Məmmədzadə, quruluşçu rəssamları Elmira Üzeyirova, Təhminə Sadıqova, bəstəkarı isə Emil Elmanoğludur. 

Səhnə əsərində Əməkdar artist Leyli Vəliyeva, aktyorlar Ədalət Əbdülsəməd, Aygün Fətullayeva və Ümman Budaqov iştirak edirlər.

Qeyd edək ki, Cəfər Cabbarlının "Solğun çiçəklər" əsəri Saranın əmisi oğluna olan saf məhəbbətindən və Saranın analığı Gülnisənin, bacısı Pərinin ona qarşı olan amansızlığından, ögey münasibətindən bəhs edir. Şəxsi maraqları naminə əmisioğlu Bəhram tərəfindən atılan Saranın gələcəyə dair ən gözəl ümidləri də puça çıxır.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.