Ombudsman 20 Yanvarla bağlı bəyanat yayıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ silahlı qüvvələri tərəfindən Azərbaycan xalqının milli iradəsinin və müstəqillik tələblərinin zorakılıq yolu ilə boğulması məqsədilə mülki əhaliyə qarşı həyata keçirilmiş hərbi müdaxilədən 36 il ötür. İnsanlıq əleyhinə törədilmiş bu qanlı hadisə nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın, habelə insan hüquqlarına dair digər beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulub.
Milli.Az xəbər verir ki, bu barədə Ombudsmanın mətbuat xidmətinin məlumatında qeyd olunub.
Məlumatda bildirilib ki, kütləvi itkilərlə nəticələnən 20 Yanvar faciəsi öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdəndir.
"Həmin gecə Bakı şəhərində və respublikanın digər bölgələrində mülki və silahsız əhaliyə qarşı qeyri-mütənasib hərbi güc tətbiqi nəticəsində 150 nəfər dinc sakin qətlə yetirilib, 744 nəfər yaralanıb, nəticədə beynəlxalq hüquq normaları ilə bərabər, keçmiş SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarının müvafiq müddəaları da kobudcasına pozulub, öz torpaqlarının, milli mənliyinin müdafiəsinə qalxmış çoxmillətli xalqımıza vəhşicəsinə divan tutulub.
"Dinc əhaliyə qarşı hərbi güc tətbiqi, xəbərdarlıq edilmədən və real təhlükə mövcud olmadan insanların həyat və sağlamlığına qəsd edilməsi beynəlxalq insan hüquqları hüququna görə yolverilməzdir və dövlətlərin fövqəladə vəziyyətlərdə belə riayət etməli olduqları mütləq hüquqların pozuntusu hesab olunur. Bu baxımdan, 20 Yanvar hadisələri beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulduğunu təsdiq edir.
O dövrdə ən ciddi bəyanatı xalqımızın Moskvada yaşayan Ulu Öndəri Heydər Əliyev Azərbaycan xalqı adından vermişdi. Təzyiqlərə və şəxsi təhlükəsizlik risklərinə baxmayaraq, 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat qarşısında çıxış edərək dinc əhaliyə qarşı törədilmiş bu ağır cinayəti açıq şəkildə pisləməsi, onun birbaşa keçmiş SSRİ rəhbərliyinin məsuliyyəti olduğunu bəyan etməsi 20 Yanvar faciəsinə ilk siyasi və hüquqi qiymətin verilməsi baxımından mühüm tarixi əhəmiyyət kəsb etmişdir.
Bununla yanaşı, beynəlxalq ictimaiyyət və aidiyyəti beynəlxalq təşkilatlar tərəfindən həmin dövrdə bu hadisələrə lazımi siyasi-hüquqi qiymətin verilməməsi beynəlxalq ədalət prinsiplərinin pozulması ilə nəticələnmiş, cəzasızlıq mühitinin formalaşmasına zəmin yaratmışdır. BMT-nin insan hüquqları mexanizmləri çərçivəsində kütləvi və ağır pozuntulara vaxtında və prinsipial reaksiya verilməməsi sonrakı mərhələlərdə regionda insan hüquqlarına qarşı törədilmiş digər ağır cinayətlər üçün əlverişli zəmin yaratmışdır.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq vurğulamaq istərdim ki, 20 Yanvar faciəsinin beynəlxalq hüquq normaları prizmasından obyektiv və hərtərəfli araşdırılması, bu hadisələrin insanlıq əleyhinə cinayət kimi tanınması, habelə yalnız icraçıların deyil, qərar qəbuletmə prosesində iştirak etmiş bütün məsul şəxslərin hüquqi cavabdehliyinin təmin edilməsi ədalətin bərpası baxımından zəruridir.
Bu istiqamətdə beynəlxalq təşkilatları, xüsusilə BMT-nin müvafiq mexanizmlərini prinsipial mövqe sərgiləməyə, 20 Yanvar hadisələrini törətmiş şəxslərin ədalət mühakiməsinə cəlb edilməsi, bu qanlı aksiyaya beynəlxalq hüquqi qiymət verilməsi məqsədilə birgə əməkdaşlığa dəvət edirəm.
20 Yanvar şəhidlərinin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaqdır", bəyanatda qeyd edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Aleksey Mindel Bakıda keçiriləcək möhtəşəm dünya tədbiri - Azerbaijan Dance Festival haqqında danışıb
-
Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament təsdiqlənib
-
Sabah Masallının 5 kəndində qaz olmayacaq
-
Naxçıvanda oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı
-
84 yaşlı kişi silahdan açılan atəş nəticəsində öldü
-
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
XƏBƏR LENTİ
-
Aleksey Mindel Bakıda keçiriləcək möhtəşəm dünya tədbiri - Azerbaijan Dance Festival haqqında danışıb
-
“Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib” - Paşinyan
-
Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament təsdiqlənib
-
Sabah Masallının 5 kəndində qaz olmayacaq
-
Avtomobil sürənlər üçün vacib xəbərdarlıq
-
Naxçıvanda oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı
-
84 yaşlı kişi silahdan açılan atəş nəticəsində öldü
-
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
-
Əli Mirəliyev uzun illər küsülü olduğu əməkdar artistlə efirdə barışdı - (Video)
-
Müəllimlərin geyimi ilə bağlı yeni qaydalar təsdiqləndi
-
Rəqsanə atasına əhsan süfrəsi açdı – Qardaşı ilk dəfə danışdı - (Video)
-
"Diri Baba” türbəsində XVI əsrə aid şeyxin məzarı aşkarlanıb
-
Hidayət Heydərov: "Doğma Vətəndə uduzmaq ağırdır"
-
Bakı–Qazax yolunda ağır qəza: 4 ölü, 1 yaralı var - Yenilənib
-
Büdcədənkənar vəsaitlərin istifadəsinə dair yeni qayda müəyyənləşib
-
Şükran Sultanovun anasına bahalı hədiyyəsi - (Video)
-
Polşada peşə məktəbinə bıçaqlı hücum - 9 nəfər yaralandı
-
Rusiya XİN-dən Kiyevlə bağlı mühüm çağırış
-
Xalq artistinin məclisdə pul toplaması qınandı - (Video)
-
İstilik mövsümünün başlanma tarixi dəyişdirilə bilərmi?
-
İtaliyada kişi anasının pensiyanı almaq üçün qadın qiyafəsinə girdi
-
Rəqsanədən oğlu ilə bağlı paylaşım - (Video)
-
Məkkə ittifaqı: Ankaranın ertələməyi seçdiyi yaddaş
-
Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı





