Bataqlıq ərazilərdə ev tikintisi hansı nəticələrə gətirir? - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı və Abşeron yarımadasında qeyri-qanuni və bəzən plansız genişlənmələr nəticəsində bir sıra göllər qurudularaq ərazilər zəbt olunub, həmin sahələrdə tikinti işləri aparılıb.
Bunun hansı fəsadları var və ola bilər?
Mövzu ilə bağlı Milli.Az-a açıqlamasında əmlak eksperti Orxan Elxanoğlu bildirib ki, qurudulmuş göl yataqları adətən zəif və qeyri-sabit torpaq qatından ibarət olur. Onun sözlərinə görə, bu ərazilərdə tikilən evlərdə zamanla bünövrənin çökməsi, divarların çatlaması və digər konstruktiv problemlər yarana bilər. Bu hallar həm maddi zərərə, həm də insan həyatı üçün təhlükəyə səbəb olur.
Ekspert qeyd edib ki, göllərin ləğvi yeraltı suların təbii balansını pozur. Nəticədə bəzi ərazilərdə yeraltı suların səviyyəsi qalxa və ya enə bilər ki, bu da torpağın şoranlaşmasına, eləcə də kommunikasiya xətlərinin zədələnməsinə gətirib çıxarır. Plansız tikinti şəhərsalma normalarının pozulmasına, infrastrukturun həddindən artıq yüklənməsinə, nəqliyyat və kanalizasiya sistemlərində ciddi problemlərin yaranmasına səbəb olur. Uzunmüddətli perspektivdə isə bu cür yaşayış massivləri yaşamaq üçün daha az təhlükəsiz və komfortlu olur.
Nəticə etibarilə, Bakı və Abşeron ərazisində göllərin qurudulması qısamüddətli tikinti maraqları baxımından cəlbedici görünsə də, uzunmüddətli ekoloji, texniki və sosial fəsadlar yaradır. Bu səbəbdən belə ərazilərdə tikinti işləri yalnız ciddi elmi, ekoloji və mühəndis qiymətləndirmələri aparıldıqdan sonra həyata keçirilməlidir.
Əmlak eksperti Elnur Azadov isə bildirib ki, yaşayış evləri yalnız yaşayış təyinatlı torpaq sahələrində inşa edilə bilər. Onun sözlərinə görə, bu, qanunun əsas tələblərindən biridir. İkinci əsas tələb isə müvafiq qurumlar tərəfindən həmin torpaq sahəsində tikintiyə icazə verən rəsmi sənədin mövcud olmasıdır.
Ekspert qeyd edib ki, həmin ərazidə vaxtilə göl, bataqlıq və ya digər obyektlərin olub-olmamasından asılı olmayaraq, tikinti qanunvericiliyin tələblərinə uyğun aparılmalıdır. Bəzi istirahət zonalarında müəyyən tipli evlərin və kotteclərin tikintisi də qanunla tənzimlənir və bu sahədə tam məhdudiyyət yoxdur. Lakin əsasən bataqlıq ərazilər qurudulduqdan sonra həyətyanı sahə adı altında satışa çıxarılır ki, bu da ciddi fəsadlara yol aça bilər.
Elnur Azadov vurğulayıb ki, belə ərazilər kifayət qədər çoxdur. Hətta bəzi hallarda yerli qurumlar səlahiyyətlərindən lazımi şəkildə istifadə etməyərək bataqlıq və kiçik gölləri qurudub həmin sahələri əhaliyə satıblar. Nəticədə yağışlı havalarda bu ərazilərdə qrunt suları üzə çıxır, bünövrələri su basır və yaşayış evləri üçün ciddi problemlər yaranır.
Fərid Zöhrabov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Göydələnlərin girişindəki fırlanan qapılar nə üçün lazımdır?
-
İspan alimləri qan hüceyrələrinin qocalmasını təyin edən süni intellekt yaradıblar
-
Bürclərin pul vərdişləri: qənaət etməyi hamı bacarmır
-
Rafinə olunmamış şəkərsiz səhər yeməyi: "Cinnamon roll" dadında yulaf resepti
-
Yeni televizor alanların etdiyi əsas səhv: "Demo Modu"nu dərhal söndürün
-
Mavriki adası sahillərində yeni akula növü kəşf edildi
-
Minlərlə insanın səhv cavab verdiyi həmin məşhur riyaziyyat sualı
-
Əti yenidən dondurmaq olar?
-
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - (Video)
-
Atilla Taşın binadan yıxılaraq ölən qızı 11 ay əvvəl boşanıbmış
-
Evinə aldığı üzümün rəngi çıxdı - (Video)
-
Özünü icarəyə verərək var-dövlət qazanır: qeyri-adi peşə
-
Corc Qafarovun toyudur - (Video)
-
Günün qoroskopu: Qarşınıza çıxan yeni pul qazanmaq imkanlarından yararlanmalısınız
-
Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiyası - (Video)
-
Türkiyədə zəlzələ olub
-
Xətaidə maşın alışıb yandı - (Video)
-
Rəsmi Kiyev Trampın Ukraynada yeni prezident seçilməsinə dair sözlərinə cavab verib
-
“Mançester Yunayted” azlıqda qalan “Tottenhem” üzərində qələbə qazana bilmədi
-
Azərbaycanlı gənc Polşada vəfat etdi
-
“Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u məğlub edib
-
Elnarə Xəlilova oğulları ilə - (Foto)
-
İstanbulda xəstəxanada yanğın: Xəstələr təxliyə edilir - (Foto)
-
Gəncədə atasını yuxudan oyadan oğul həbs olundu





