Beynəlxalq seysmoloji qurumlar və xarici media 2026-cı ildə dünyada güclü və dağıdıcı zəlzələlərin baş vermə ehtimalının yüksəldiyini bildirir.
Milli.Az "The Economist" və "CBS News" nəşrlərinin materiallarına əsaslanaraq xəbər verir ki, mütəxəssislər dəqiq tarix və məkanın proqnozlaşdırılmasının mümkün olmadığını vurğulasa da, tektonik fəallığın artdığı bir sıra bölgələrdə riskin yüksəldiyini qeyd edir.
Riskli zonalar arasında Yaponiya, Filippin, Yunanıstan və Türkiyə xüsusi diqqət çəkir. Ekspertlər xüsusilə Nankai çökəkliyi, Şimali Anadolu Fay Xətti və Aralıq dənizi seysmik zonalarında gərginliyin artdığını bildirir.
Bundan əlavə, Kaliforniya, Meksika, Peru və Sakit okean adalarında qeydə alınan ardıcıl zəlzələlər qlobal seysmik aktivliyin yüksəldiyini göstərir.
Mütəxəssislər riskli bölgələrdə yaşayan əhalini rəsmi xəbərdarlıqları izləməyə və fövqəladə vəziyyətə hazır olmağa çağırır./Musavat.com
Fidan
Milli.Az





