Hadisə

Tərtərdə əməliyyat - Elməddin Xıdırovun evində avtomat aşkarlandı - FOTO

19 Yanvar 2026 12:04
Baxış: 355
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tərtərdə tutulan şəxsdə narkotik vasitə və avtomat aşkarlanıb.

DİN-in Mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş rayon sakini Elməddin Xıdırov saxlanılıb.

Onun üzərinə və yaşadığı evə baxış zamanı 1 kiloqrama yaxın marixuana, həmçinin "AK-103" markalı avtomat silahı, ona aid 30 ədəd patron və patron darağı aşkar edilərək götürülüb. Müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitə və silahı Ağdərə rayonu ərazisindən taparaq qanunsuz olaraq özündə saxlayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. E.Xıdırov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.