Ölkə

Onlar İTV Yayım Şurası üzvlüyünün yeni namizədləridir

19 Yanvar 2026 14:04
Baxış: 439
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına üzvlüyünə yeni namizədlər məlum olub.

Milli.Az xəbər verir ki, bu məsələ Milli Məclisin Mədəniyyət komitəsinin bugünkü iclasında müzakirə olunub.

Bildirilib ki, 2025-ci ildə keçirilmiş iclaslar nəticəsində aşağıdakı şəxslər İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına namizəd kimi seçiliblər:

İdman federasiyaları tərəfindən:

Rəsullu Rəşad Fərhad oğlu - Azərbaycan Cüdo Federasiyasının İcraçı vitse-prezidenti;
Qədimova İlahə Akif qızı - Şahmat üzrə qadınlar yığma komandasının kapitanı.

Dini konfessiyalar tərəfindən:

Musayev Salman Musa oğlu - Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini;
Həsənov Simran Seyfəddin oğlu - Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri.

Yaradıcılıq təşkilatları tərəfindən:

Babayeva Həcərxanım Teymur qızı - Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü;
Babayeva Aytən Rauf qızı - Azərbaycan Milli Konservatoriyasının dosenti.

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına üzvlər idman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatları tərəfindən irəli sürülmüş namizədlər arasından hər təşkilatdan bir nəfər olmaqla 6 il müddətinə təsdiq ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.