İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına üzvlüyünə yeni namizədlər məlum olub.
Milli.Az xəbər verir ki, bu məsələ Milli Məclisin Mədəniyyət komitəsinin bugünkü iclasında müzakirə olunub.
Bildirilib ki, 2025-ci ildə keçirilmiş iclaslar nəticəsində aşağıdakı şəxslər İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına namizəd kimi seçiliblər:
İdman federasiyaları tərəfindən:
Rəsullu Rəşad Fərhad oğlu - Azərbaycan Cüdo Federasiyasının İcraçı vitse-prezidenti;
Qədimova İlahə Akif qızı - Şahmat üzrə qadınlar yığma komandasının kapitanı.
Dini konfessiyalar tərəfindən:
Musayev Salman Musa oğlu - Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini;
Həsənov Simran Seyfəddin oğlu - Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri.
Yaradıcılıq təşkilatları tərəfindən:
Babayeva Həcərxanım Teymur qızı - Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü;
Babayeva Aytən Rauf qızı - Azərbaycan Milli Konservatoriyasının dosenti.
Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına üzvlər idman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatları tərəfindən irəli sürülmüş namizədlər arasından hər təşkilatdan bir nəfər olmaqla 6 il müddətinə təsdiq ediləcək.
Milli.Az