Ölkə

Sumqayıtda 1000 abonentin qazı kəsiləcək

19 Yanvar 2026 12:51
Baxış: 372
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıt şəhərində 1000 abonentin qaz təchizatında fasilə olacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən Milli.Az-a verilən məlumata görə, Sumqayıt şəhəri ərazisində yerləşən Qurd dərəsinin bir hissəsində 89 mm-lik qaz xəttində yaranmış sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.

Bununla əlaqədar yanvarın 19-da saat 13:00-dan etibarən sözügedən ərazidə yerləşən təqribən 1000 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.