Milli.Az 2-8 iyun tarixləri üçün həftəlik bürc proqnozunu təqdim edir:
Qoç
Əlaqə: Münasibətlərdə səbrin sınanır. Xüsusilə 6 iyun ətrafında tərəfdaşınla keçmişdə danışılmayan mövzular gündəmə gələ bilər. Amma unutma, susmaq gücdür.
Pul: Bu həftə ani bir ödəniş və ya artıq xərcləmə ehtimalı var. 3 və 6 iyun risklidir. Xüsusilə internet alış-verişlərinə diqqət et.
Karyera: 5 iyun iş görüşmələri, yaradıcı işlər və planlama üçün məhsuldardır. 8 iyunun gecəsi gələn fikirlər gələcəyə yönəlmiş önəmli layihələr üçün zəmin hazırlaya bilər.
Sağlamlıq: Sinir sistemi, yuxusuzluq və baş ağrıları həssas mövzularındandır. 2-3 iyunda şəkər və kofein qəbulunu azaltmaq sənə çox fayda verər.
Sürpriz: Keçmiş tərəfdaşla gözlənilməz bir ünsiyyət qapısı açıla bilər.
Təhlükə: Gərginlikdən yaranan partlayışlar münasibətləri poza bilər.
Əhəmiyyətli gün: 6 iyun - Ay, Mars və Venera ilə qarşılıqlı təsirdə; səbr və empatiya qiymətli olacaq.
Buğa
Əlaqə: Venera 6 iyunda bürcünə keçdikdə cazibən yüksəlir! Xüsusilə 7-8 iyun günlərində biri sənə qarşı addım ata bilər. Ailə münasibətlərində də xoş inkişaflar ola bilər.
Pul: Həftənin ilk yarısında xərclərə diqqətli ol. 5 iyundan sonra maddi vəziyyətin yaxşılaşa bilər. 8 iyun investisiya üçün güclü fikir yarada bilər.
Karyera: 3 və 6 iyunda iş yerində ünsiyyət səhvlərinə diqqət et. Yeni başlanğıclar üçün 5 iyun daha əlverişlidir.
Sağlamlıq: Dəri, boğaz və boyun bölgəsinə diqqət yetir. 2 iyun detoks üçün əladır. Venera keçidi ilə estetik planlar gündəmə gələ bilər.
Sürpriz: Yarımçıq qalmış bir iş təklifi yenidən gündəmə gələ bilər.
Təhlükə: İnadçılığın səni tək sala bilər.
Əhəmiyyətli gün: 8 iyun - Veneranın təsiri ilə həm sevgi, həm də yaradıcılıq sahələrin parlayır.
Əkizlər
Əlaqə: İkili münasibətlərdə "Ünsiyyət qururam deyərkən divar çəkirəm?" sualını verməlisən. 3 iyunda eqo mübarizələrindən uzaq dur.
Pul: Bu həftə ağlında parlaq bir fikir yarana bilər. 8 iyun taleyə bağlıdır. Amma 4 iyunda risk etmə.
Karyera: Günəş bürcündə səni dəstəkləyir, amma həftənin əsas dəyişimi daxili fərqindəlikdədir. 5 iyundan sonra yazı, sosial media, təqdimatlar üçün əlverişli təsirlər var.
Sağlamlıq: Boyun, əllər və sinir sistemi həssasdır. Duruş pozğunluqları çətinlik yarada bilər. Yoqa və gərilmə məşqləri faydalı olar.
Sürpriz: Sosial mediada böyük təsir yaradacaq paylaşımın ola bilər.
Təhlükə: Daimi fikir dəyişdirmək qarşındakını yorada bilər.
Əhəmiyyətli gün: 8 iyun - Merkuri ilə Yupiterin görüşü sənə zehni inkişaf gətirir.
Xərçəng
Əlaqə: Duyğusal dərinləşmələr səni daha sıxlaşdırır. 4-7 iyun arasında keçmişlə bağlı ürək qırıntıları gündəmə gələ bilər. Amma bu qarşılaşmalar səni yüngülləşdirəcək.
Pul: 2-3 iyunda xərclərə diqqət et. 5 iyundan sonra maliyyə axını rahatlaşır.
Karyera: Layihələrdən biri önə çıxa bilər. 6 iyundan sonra özgüvənin artır. Gecə ilhamları yaradıcı işlər üçün güclüdür.
Sağlamlıq: Mədə və döş bölgəsi həssasdır. Duyğusal stres fiziki əlamətlər verə bilər. Yuxu rejimi önəmlidir.
Sürpriz: Keçmiş dostla ürəkdən barışma ola bilər.
Təhlükə: İçinə atmaq münasibətləri daha da poza bilər.
Əhəmiyyətli gün: 7 iyun - Ay Əqrəbdədir, duyğularla barışmaq üçün şəfalı gün.
Şir
Əlaqə: 2-4 iyun arasında xüsusilə tərəfdaşla fikir ayrılıqları yaşana bilər. Qarşındakını dinlədiyini sanırsan, amma əslində müdafiədəsən. 6 iyundan sonra yumşalma başlayır.
Pul: 5 iyun ətrafında alacaq-verəcək mövzuları gündəmdədir. 8 iyun maddi məsələlərdə baxışını genişləndirər.
Karyera: 6 iyundan sonra iş yerində səni dəyərləndirəcək biri ilə rastlaşa bilərsən. Həftəsonu yaradıcı işlər üçün əlverişlidir.
Sağlamlıq: Ürək, bel və təzyiqə diqqət et. Meditasiyaya vaxt ayırıb sinir sistemini sakitləşdirmək vacibdir.
Sürpriz: Sevgi həyatında gözlənilməz barışma ola bilər.
Təhlükə: Eqo ilə həssaslıq arasında gedib gəlmə riski.
Əhəmiyyətli gün: 4 iyun - Ay-Saturn qarşılığı münasibətlərdə çətinlik yarada bilər.
Qız
Əlaqə: Ay ayın əvvəlində sənin bürcündədir. Keçmiş məsələlər 2-3 iyunda yenidən gündəmə gələ bilər. Kədəri bağışlamaq bu həftənin ən böyük şəfasıdır.
Pul: Maliyyə mövzuları sakitdir, amma 5 iyundan sonra gözəl xəbərlər gəlir. Xüsusilə zəhmətinin əvəzini ala bilərsən.
Karyera: Merkuri ilə Yupiterin görüşü karyera hədəflərini böyüdə bilər. 8 iyunda gələn fikir uzunmüddətli dəyişiklik yaradar.
Sağlamlıq: Bağırsaq, sinir sistemi və immunitet önəmlidir. Bitki çayları və yüngül qidalanma faydalı olar.
Sürpriz: Xaricdə və ya uzaq yerlərlə bağlı bir inkişaf ola bilər.
Təhlükə: Həddindən artıq analiz duyğusal yaxınlığı poza bilər.
Əhəmiyyətli gün: 3 iyun - Duyğularını boğmaq yerinə ifadə et.
Tərəzi
Əlaqə: Ay bürcündə irəliləyir, 4-6 iyun arası münasibətlərdə qırılmalar və "məni başa düşmür" hissi artar. 6 iyundan sonra Venera və Buğa təsiri ilə tarazlıq bərpa olunacaq.
Pul: Maliyyə mövzularında 5 iyundan sonra toparlanma var. Öz işini qurmaq və ticarət sahəsində ağıllı addımlar atıla bilər.
Karyera: 8 iyundakı Merkuri-Yupiter görüşü böyük bir müqavilə və ya rəsmi prosesin başlanğıcını gətirə bilər.
Sağlamlıq: Dəri, böyrək və daxili balans mövzularına diqqət. Bol su içmək və yüngül qidalanma faydalı olar.
Sürpriz: Sosial dairəndən biri sənə sürpriz iş əlaqəsi təmin edə bilər.
Təhlükə: Həddindən artıq vermək səni tükədə bilər.
Əhəmiyyətli gün: 6 iyun - Venera keçidi səni gücləndirsə də, çox yüklənmə.
Əqrəb
Əlaqə: Duyğular dərinləşir. Ay bürcündə hərəkət edərkən (7-8 iyun) tərəfdaşla duyğusal mübahisələr yaşana bilər. Amma bu qarşılaşmalar səni dəyişdirər.
Pul: 5 iyundan sonra borclar, ödənişlər, miras və ya ortaq mənbələrlə bağlı vəziyyətlər ola bilər.
Karyera: İş yerində idarə etmək istədiyin prosesi bir az axışa buraxmalısan. 8 iyun baxışın dəyişə bilər.
Sağlamlıq: Cinsi orqanlar, sidik yolları, bağırsaqlar həssasdır. Su içməyi unutma.
Sürpriz: Keçmişdən biri ilə üz-üzə gələ bilərsən.
Təhlükə: Güc mübarizələrinə girsən uduzan sən olarsan.
Əhəmiyyətli gün: 7 iyun - Ay bürcündə, dərin daxili təmizlik vaxtı.
Oxatan
Əlaqə: 6 iyundan sonra Venera səni emosional yumşaldır. Xüsusilə 5 və 8 iyun münasibətlərdə üz-üzə gəlmə və anlayışın güclənəcəyi günlərdir.
Pul: Xarici ölkə, internet, təhsil sahələrindən gözlənilməz gəlirlər ola bilər.
Karyera: Yeni təhsil və ya səyahət planları gündəmə gələ bilər. Xüsusilə 8 iyunda fikirlərini yazıya çevirmək çox faydalı olar.
Sağlamlıq: Qaraciyər, bud və kalça bölgələri həssasdır. Hərəkət etmək və təbiətə çıxmaq sənə yaxşı gələcək.
Sürpriz: Yeni təhsil fürsəti və ya layihə ortaya çıxa bilər.
Təhlükə: Tələsik qərarlar sonradan peşmanlıq gətirə bilər.
Əhəmiyyətli gün: 8 iyun - Anlayışını genişləndirən fərqindəlik gecəsi.
Oğlaq
Əlaqə: Tərəfdaşlıq mövzularında qarşılıqlı anlaşma önəmlidir. 4-6 iyun arası səbr və yumşaqlıq sınaqdan keçirilir.
Pul: 2-3 iyun arasında qəfil xərcləmə ola bilər. 5 iyundan sonra maddi rahatlıq başlayır.
Karyera: İş yoldaşları ilə ünsiyyətdə diqqətli ol. 8 iyun sənə yeni imkanlar açar.
Sağlamlıq: Sümük, bel və dəriyə diqqət yetir. Fiziki hərəkət faydalıdır.
Sürpriz: Gözlənilməz bir iş təklifi və ya layihə ortaya çıxa bilər.
Təhlükə: İnancını itirmə.
Əhəmiyyətli gün: 5 iyun - Sakit qal, anlamağa çalış.
Dolça
Əlaqə: 6 iyundan sonra sevgi və dostluq əlaqələrində yeni mərhələ başlayır. Münasibətlərdə dürüstlük və açıq danışmaq önəmlidir.
Pul: Texnologiya, internet və innovasiya sahələrində gəlir gözlənilir.
Karyera: Yeni ideyalar və layihələr 8 iyunda aydınlaşır. Sənaye və yaradıcı işlər üçün əlverişlidir.
Sağlamlıq: Sinir sistemi və beyin yorğunluğuna diqqət. İstirahət vacibdir.
Sürpriz: Dostlardan biri səni dəstəkləyən yeni fürsət təqdim edə bilər.
Təhlükə: Həddindən artıq fikir dalğalanmaları.
Əhəmiyyətli gün: 8 iyun - Yüksək zehni fəallıq və yeni başlanğıclar.
Balıqlar
Əlaqə: Hisslərin dərinləşir, intuisiya güclənir. 4-7 iyun arasında özünü daha çox anlayacaq və başqaları ilə daha yaxşı ünsiyyət quracaqsan.
Pul: 3 və 6 iyun diqqətli ol. Ani xərclər ola bilər.
Karyera: İncəsənət, musiqi, ruhani sahələrdə inkişaf ola bilər. 5 iyun sənə yeni imkanlar verə bilər.
Sağlamlıq: Su balansı və limfa sisteminə diqqət yetir. Rahatlama və meditasiya faydalıdır.
Sürpriz: Keçmişlə bağlı gözlənilməz bir xəbər ala bilərsən.
Təhlükə: Həddindən artıq duyğusallıq qərarlarını bulandıra bilər.
Əhəmiyyətli gün: 5 iyun - İntuisiyanın gücləndiyi gün.
Ulduz
Milli.Az