Kriminal

İki ildir itkin idi - Taksi sürücüsü öldürübmüş

1 İyun 2025 23:36
Baxış: 4 361
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xaçmazda 2 il əvvəl itkin düşən şəxsin meyiti tapılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 2023-cü ilin iyul ayının 18-də Xaçmaz rayon sakini, görmə qabiliyyəti məhdud olan  59 yaşlı Gülxar Cahangirovanın itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Ötən iki il ərzində itkin düşən qadının axtarışları aparılıb və bu günlərdə həmin şəxsin öldürülərək basdırıldığı məlum olub. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunaraq araşdırmalar aparıb və məlumata görə, gözdən əlil qadın taksi sürücüsü tərəfindən qətlə yetirilərək basdırılıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.