Cəmiyyət

Ekskavatorun çömçəsi ilə alışqanı yandırır, qarpız dilimini götürür - QEYRİ-ADİ BACARIQ - VİDEO

5 İyul 2017 20:50
2 Şərh     Baxış: 2 877
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tovuz sakini işlətdiyi ağır texnika ilə qeyri-adi bacarıqlara yiyələnib. O, ekskavatorun çömçəsi ilə alışqanı yandırır, həmçinin çömçəyə bağladığı çəngəllə qarpız dilimini asanlıqla götürür.

Milli.Az xəzərxəbər-ə istinadla məlumat verir ki, Tovuzun Qaraxanlı kənd sakini Mehman Nəsirov işlətdiyi ağır texnika ilə qeyri-adi hərəkətlər edir. Başqalarının əllə etdiklərini o, öz ekskavatoru ilə həyata keçirir. 46 yaşlı rayon sakini bu vərdişlərə yiyələnmək üçün uzun müddət məşq etməli olub.

Mehman Nəsirov ekskavatorun çömçəsi ilə alışqan da yandıra bilir. Çömçəni ehtiyatla və dəqiqliklə işlədərək onu ehmalca alışqana yaxınlaşdırır və çömçənin dişi ilə onu yandırır.

Uşaq yaşlarından traktor sürməyi bacaran Mehman Nəsirov ekskavatorla başqa maraqlı hərəkətlər etdiyini də deyir.

Mehman Nəsirov bundan sonra başqa bacarıqlar da öyrənəcəyini bildirir.

Videonu izləmək üçün şəklə klikləyin:

Ekskavatorun çömçəsi ilə alışqanı yandırır, qarpız dilimini götürür 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.