Nizami Gəncəvinin portreti necə ərsəyə gəlib?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yəqin, Nizami Gəncəvinin portreti ilə tanışsınız: milli geyimdə pəncərə önündə - kürsü üzərində oturmuş Nizami yaradıcılıqla məşğuldur. O, düşüncəli baxışlarını naməlum istiqamətə - işıqlı gələcəyə yönəldib. Bəs Nizami Gəncəvinin portreti necə ərsəyə gəlib? Bu sualla Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevə müraciət etdik. O dedi: "1939-cu ildə Azərbaycan hökuməti N.Gəncəvinin 800 illik yubileyinin keçirilməsi barəsində qərar qəbul edib. Lakin o vaxtlar 1941-ci ildə baş tutacaq yubiley təntənəsində şairin ictimaiyyətə təqdim olunacaq portreti olmur. Bu vəziyyət yubileyin təşkilatçılarını şairin rəngkarlıq və heykəltəraşlıq obrazının yaradılması üçün müsabiqə təşkil etməyə sövq edir. Beləliklə, onun obrazının yaradılması üçün açıq və qapalı Ümumittifaq müsabiqəsi elan edilir. İlk tura 16 əsər təqdim olunur. Onların 10-u Azərbaycan, qalan 6-ı isə digər respublikalardan olan fırça ustalarının işi idi.
Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, müsabiqə iştirakçıları arasında R.Topçubaşova, K. Xanlarov, H. Haqverdiyev, T. Tağıyev, A. Qasımov, M. Nəcəfov, B. Semyonov və b. rəssamların adına rast gəlmək mümkündür. Amma onların yaratdıqları portretlərin heç biri münsiflər heyətini qane etmir. Əksinə, I turda iştirak etməyən Qəzənfər Xalıqovun karandaşla çəkdiyi ifadəli rəsm akademik - şərqşqnas Yevgeni Bertelsin xoşuna gəlir və o, bu obrazın tarixi baxımdan inandırıcı olduğunu, elə Nizaminin də buna oxşaya bildiyini söyləyir. Onun bu fikrini filosof Heydər Hüseynov və ədəbiyyatşünas Həmid Araslının da bəyənməsi rəssamı müsabiqənin ikinci turunda iştirak etməyə həvəsləndirur. Alimlərin bəyəndikləri cizgiləri əsas götürən rəssam Nizaminin hamını qane edə biləcək portretini yaratmağa başlayır. Müxtəlif mənbələrdə obrazın yaradılmasında Üzeyir Hacıbəylinin də rolu vurğulanır. O, Q. Xalıqovun çəkdiyi rəsmin alimlər tərəfindən bəyənildiyini görüb, buna bənzər Ağcabədidə bir axund tanıdığını söyləyir və ondan natura kimi istifadə etməyi təklif edir. Onun bu təklifi müsbət qarşılanır və Tarix-diyarşünaslıq muzeyində saxlanan qədim geyimləri geyinmiş din xadimi gələcək obraz üçün prototip olur. Son nəticədə, həm də rəssam təxəyyülünün əlavə olunduğu bu portret 1940-cı ildə müsabiqənin I mükafatına layiq görülür".
Yeri gəlmişkən onu da qeyd edək ki,1939-cu ildə həm də şairin heykəltəraşlıq portretinin yaradılması üçün də müsabiqə olunub.
Münsiflər heyəti çoxsaylı namizədlərin arasından 35 yaşlı Azərbaycan heykəltəraşı Fuad Əbdürrəhmanovun təqdim etdiyi bir-neçə layihəni bəyənib. Ona memar M.Hüseynov və S.Dadaşovla birlikdə abidənin yekun variantının hazırlanması həvalə olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir
-
İnsan susuz neçə gün yaşaya bilər?
XƏBƏR LENTİ
-
Nə pilates, nə fitnes, nə də yoqa: Bədən üçün ən sağlam idman növü bəlli oldu
-
Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
-
Ərinin geyiminə reaksiyası müzakirələrə səbəb oldu - (Video)
-
Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib





