O zaman ki, mənzildə telefon zəng çalar, tələsik ona tərəf gedərik ki, birdən çatdırmarıq və həmin insanın bizimlə mühüm işi olar. Əgər işdə olsaq və müdir bizi çağırsa, üstümüzü səliqəyə salıb onun otağına getməyə hazırlaşırıq. Qarşısında hörmətlə dayanıb, sözlərinə qulaq asırıq.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, lakin varlıq aləminin ən nüfuzlu və qüdrətli səsi qarşısında bəzilərimiz laqeyd və biganə oluruq. Sanki azan oxunmur və deyilmir ki, ey insanlar, Allahla söhbət etmək vaxtıdır. Namaza tərəf tələsin, yaxşı əməllərə tərəf tələsin.
Dünya ilə məşğul olan bu ürəyi boş buraxın və xatırlayın ki, indi Allahla söhbət etmək vaxtıdır. Lakin sanki bizim bundan mühüm işlərimiz vardır. Namazın vaxtı hələ çoxdur. Qəza olana qədər vaxt çoxdur.
Bəzilərimizin işi o yerə gəlib çatmışdır ki, nə zaman azan səsini telvizorda və ya radioda eşitsələr, onu söndürürlər. Dini təlimlər bizə öyrədir ki, əgər azan səsini eşitsəniz dünya işlərindən əl çəkin. Namaz qılmaq üçün hazır olun.
İmam Əli (ə) Peyğəmbərdən (s) azanın təfsirini soruşan zaman, Həzrət (s) buyurur: "Ey Əli! Azan - mənim ümmətimin hüccətidir. Təfsiri odur ki, azan deyən o zaman ki, "Allahu əkbər! Allahu əkbər!" deyər, mənası budur ki, Allahım! Sən mənim dediklərimə şahidsən. Ey Əhməd (s) ümməti, namaz vaxtı gəlib çatmışdır. Ona görə hazır olun və dünya işlərini boş buraxın.
Nə zaman deyir: "Əşhədu əllə iləhə illəllah", mənası budur ki, Allah və Onun mələkləri, yerdə və göydə olanlar agahdırlar ki, mən beş vacib namazın vaxtını sizə çatdırdım. Ona görə də özünüzü namaz üçün hazır edin.
Nə zaman desə: "Əşhədu ənnə Muhəmmədən Rəsulallah" mənası budur ki, Allah və mələkləri agahdır ki, mən sizi namazın vaxtından agah etdim. Ona görə də başqa işlərlə məşğul olmayın ki, bu, sizin üçün daha yaxşıdır.
Nə zaman desə: "Həyyə aləs-saləh", azan belə deyər: "Ey Muhəmməd (s) ümməti! Allah dinini sizin üçün aydın etdi, ona görə də onu zay etməyin. Ona sadiq olun ki, Allah sizi bağışlasın. Özünüzü başqa işlərlə məşğul etməyin. Çünki namaz - sizin dininizin sütunudur".
Allah Təala bizləri bu mətləbləri dərk edənlərin sırasında qərar versin.
Milli.Az