Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Elm və Təhsil Nazirliyinin dəstəyi, "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək" layihəsi çərçivəsində jurnalistlər üçün "Təhsildə rəqəmsallaşma" mövzusunda ilk təlim-müzakirə sessiyası keçirilib.
Milli.Az xəbər verir ki, tədbiri giriş sözü ilə "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin sədri Ayaz Mirzəyev açaraq layihənin məqsədi, jurnalistlərin elm və təhsil sahəsində peşəkar biliklərinin artırılmasının əhəmiyyətindən bəhs edib.
Sessiya çərçivəsində Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov "Təhsildə rəqəmsallaşma" mövzusunda təqdimatla çıxış edib. O, təhsil sistemində rəqəmsal transformasiya prosesi, həyata keçirilən layihələr, müasir texnologiyaların tətbiqi, qlobal tendensiyalar və gələcək inkişaf istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verib.
Daha sonra Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz rəqəmsal mühitdə media və təhsil sahəsində aktual çağırışlar, informasiya texnologiyalarının inkişafı və rəqəmsal savadlılığın əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova isə elm və təhsil mövzularının mediada peşəkar, obyektiv və məsuliyyətli şəkildə işıqlandırılmasının, həmçinin jurnalistlərin sahəvi biliklərinin davamlı inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Təlim interaktiv müzakirələr şəraitində keçirilib. Media nümayəndələrinin mövzu ilə bağlı çoxsaylı sualları cavablandırılıb, həmçinin qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, layihənin əsas məqsədi elm və təhsil mövzularını işıqlandıran media nümayəndələrinin sahəvi biliklərini zənginləşdirmək, peşəkar bacarıqlarının inkişafına dəstək vermək və ictimaiyyətin düzgün məlumatlandırılmasına töhfə verməkdir.
Layihə çərçivəsində il ərzində jurnalistlər üçün ümumilikdə 10 interaktiv təlim-müzakirə sessiyası keçirilməsi nəzərdə tutulub. Növbəti sessiyalarda təhsilin iqtisadiyyatı, məktəbəqədər və ali təhsil, tədrisin məzmunu, yerli və beynəlxalq qiymətləndirmələr, elmi islahatlar, təhsildə keyfiyyət təminatı və elmi-pedaqoji jurnalistika kimi aktual mövzular müzakirə olunması planlaşdırılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Qəbul imtahanında 4 abituriyent maksimum bal topladı
-
II və III qruplar üzrə qəbul imtahanının nəticələri açıqlandı
-
Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib - (Foto)
-
Çimərliklərində dəniz suyu 26 dərəcəyədək isinəcək
-
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
-
ADY qida məhsullarının daşınmasını 35 faiz artırıb
XƏBƏR LENTİ
-
Esra Ezmeci Xoşqədəm Hidayətqızının yerinə gəlir?
-
Türkiyədə Trampa sui-qəsd hazırlanıb? - Rəsmi cavab
-
"Qarabağ”ın futbolçusu komandadan kənarlaşdırıldı
-
Prezident İlham Əliyev gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısının genişləndirilməsini təsdiq edib
-
Azərbaycan Rusiya ilə Ukrayna arasındakı münaqişənin sülh yolu ilə nizamlanmasına çağırır - Ceyhun Bayramov
-
Qəbul imtahanında 4 abituriyent maksimum bal topladı
-
II və III qruplar üzrə qəbul imtahanının nəticələri açıqlandı
-
Ermənistan və Azərbaycan arasında de-fakto sülh mövcuddur - Ceyhun Bayramov
-
Narkotik satıcılarına qarşı əməliyyatlar: 161 nəfər həbs olunub - (Video)
-
Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib - (Foto)
-
"Mardinli Merilin Monro" həbs edildi
-
Yeni mövsümün ilk turu bəlli oldu - Premyer Liqada püşkatma - (Foto)
-
Bakıda qeyri-adi kənd yumurtası - Bu əlaməti görsəniz, təəccüblənməyin
-
Azərbaycan və Rusiya arasında Məsləhətləşmələr Planı imzalanıb
-
Flora Kərimovanın son durumu açıqlandı
-
Tərtərdə ağır qəza: Ər və arvad öldü - (Video)
-
Ermənilər “İran malı” adıyla Rusiyanı aldatdılar?
-
Dünya çempionatının finalı təxirə salına bilər
-
ABŞ-də dəhşət: 15 yaşlı qız beş qohumunun ölümündə şübhəli bilinir - (Foto)
-
Çimərliklərində dəniz suyu 26 dərəcəyədək isinəcək
-
Yasamal rayonunda mənzildən oğurluq edən şəxs saxlanılıb
-
Vüsalə "İncə səhər"dən getdi
-
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
-
DÇ finalına bilet qiymətləri rekord qırdı - Siyahı





