525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Abşeron rayonunun Masazır kəndini ("Zəngilan şəhərciyi" yaşayış kompleksi), metronun "Memar Əcəmi" stansiyası ilə əlaqələndirən 525 nömrəli müntəzəm marşrutun fəaliyyəti təkmilləşdirilir. Məqsəd bu marşrutdan istifadə edən "Zəngilan şəhərciyi" yaşayış kompleksinin sakinlərinin səfər müddətinin azaldılması, həmçinin "Yeni Bakı" və "Qurtuluş-93" yaşayış komplekslərinin sakinlərinin marşrut istiqamətinin müəyyən edilməsində çətinliklərin aradan qaldırılmasıdır.
Milli.Az xəbər verir ki, iyulun 18-dən sözügedən marşrut 525A və 525B nömrələri adı altında fəaliyyət göstərəcək.
Marşrutlar üzrə sərnişinlərə müasir, CNG texnologiyası ilə təchiz edilən 28 ədəd "King Long" markalı avtobus xidmət göstərəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.
525A nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi Masazır kəndi ("Yeni Bakı" yaşayış kompleksi), son dayanacaq məntəqəsi isə metronun "Memar Əcəmi" stansiyası olacaq. Marşrut 6-7 dəqiqə hərəkət interval ilə fəaliyyət göstərəcək.
525B nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi Masazır kəndi ("Zəngilan şəhərciyi" yaşayış kompleksi), son dayanacaq məntəqəsi isə metronun "Memar Əcəmi" stansiyası olacaq. Avtobuslar 10 dəqiqə intervalla hərəkət edəcək.
Eyni zamanda vətəndaşların Masazır kəndi daxilində "Yeni Bakı" yaşayış kompleksindən "Zəngilan şəhərciyi" yaşayış kompleksi istiqamətində gedişlərinin təmin edilməsi məqsədilə 524 nömrəli marşrut da fəaliyyət göstərəcək. Gedişhaqqı 0,50 AZN müəyyən edilib.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
8 km bazarının yanında məqalələri yapon dilinə çap olunan alim kolbasa satır - (Foto)
-
Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Bəylə gəlinin bu addımı müzakirə yaratdı - (Video)
-
Nadir İsmayılov vəfat etdi
-
Qızılı çox olanlara pis xəbər
-
Balidə Azərbaycan və Ermənistan restoranı diqqət çəkdi - (Foto)
XƏBƏR LENTİ
-
Deputatın oğlu barəsində dörd aylıq həbs qərarı verildi - (Video)
-
İngiltərə Premyer Liqası: “Liverpul” qələbə qazanıb, “Yunayted” öz meydanında darmadağın olub
-
Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi - Yenilənib
-
Rövşən Nəcəf, Arsen Venger və İnfantino "Sabah" - "Qarabağ" oyununu stadiondan izləyiblər - (Video)
-
"Sabah" - "Qarabağ" oyununda qolsuz bərabərlik
-
Deputatın oğlu hakim qardaşına görə başqa məhkəmədə mühakimə olunacaq
-
Yunan-Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub
-
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
-
Donald Tramp: "Mənim əmim radarı ixtira edib"
-
Bakıda kafedəki qətldə təqsirləndirilənlər 4 aylıq həbs edildi - Yenilənib
-
Son 48 ildə ilk: İran ABŞ-dən təzminat aldı
-
Rusiyalı reper Mavaşi başından aldığı güllə yarasından öldü
-
Almaniya kəşfiyyatından yeni əməkdaşlar cəlb etmək üçün qeyri-adi üsul
-
Tramp: "Mənə lazımi qiymət verilmir"
-
“Barselona” Diomandedən imtina edib
-
Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...
-
Eldəniz Əzizli beşqat dünya çempionu oldu
-
"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib
-
22 min insanı güllələdilər, Hitlerin üstünə atdılar – SSRİ-nin 1990-ci il NKVD etirafı
-
"İnci taneleri"nin aktyoru səssiz-sədasız evləndi - (Foto)
-
Bakıda ölümlə nəticələnən kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
-
Azərbaycanlı futbolçu İspaniyada oynayacaq
-
Xalidə Gözəl vəfat etdi
-
Rubio: Rusiya ilə bağlı bu qərar hamıya faydalıdır





