Dünyanın ən xoşbəxt insanı: Xoşbəxtliyin sirri bu 2 sözdə gizlidir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Alimlər tərəfindən aparılan testlərdə beyin limitlərini aşaraq "dünyanın ən xoşbəxt insanı" seçilən buddist rahib Matthieu Ricard sirrini açıqladı. Ricarda görə, qalıcı xoşbəxtliyin açarı cəmi iki sözdən ibarətdir: Mərhəmət və xeyirxahlıq.
Milli.Az xəbər verir ki, molekulyar biologiya üzrə elmlər namizədi olan buddist rahib Matthieu Ricard elm dünyasında "dünyanın ən xoşbəxt insanı" kimi qəbul edilir. Viskonsin Universitetinin alimləri Ricardın beyninə yüzlərlə sensor yerləşdirərək stres, qəzəb, məmnuniyyət və həzz səviyyələrini ölçüblər. Araşdırmada normal hüdudları aşan Ricard -0,45 bal toplayaraq test limitlərini alt-üst edib və rəsmən "dünyanın ən xoşbəxt insanı" titulunu qazanıb.
Ricard bir müsahibəsində bu fövqəladə xoşbəxtliyin sirrini cəmi iki sözlə bildirib:
Mərhəmət (Şəfqət)
Ricarda görə, eqoistcəsinə xoşbəxtlik axtarışı heç vaxt işə yaramır. Mərhəmət, başqalarının ağrısını hiss etmək və bu ağrını yüngülləşdirmək üçün səmimi bir arzu duymaqdır. Elmi araşdırmalar göstərir ki, şəfqət duyğusunu inkişaf etdirmək beyində qalıcı və müsbət struktur dəyişiklikləri yaradır. Bu zehni dəyişiklik insanı obsessiv düşüncələrdən və qapalı dövrələrdən (həll olunmayan problemlərdən) qurtarır.
Xeyirxahlıq
Xeyirxahlıq başqalarının rifahını öz maraqlarından önə qoya bilmək bacarığıdır. Bu, empatiya, səxavət və təvazökarlıq kimi dəyərləri özündə birləşdirir. Ricard vurğulayır ki, xeyirxah bir ömür sürmək həm fərdə, həm də cəmiyyətə qazandıran ortaq bir formuldur. Başqalarına kömək etmək, birbaşa insanın öz daxili hüzurunu qidalandırır.
Xoşbəxtliyə çatmağın yolu nədir?
Psixoloq Lizandra Arita bildirir ki, bu iki duyğunu inkişaf etdirmək üçün əvvəlcə insanın özünü yaxşı tanıması lazımdır. Qəzəb və keçmişdən gələn travmalar həll olunmadan əsl mərhəmət duyğusunu inkişaf etdirmək mümkün deyil. Aritaya görə xoşbəxtlik sehrli bir düstur deyil, zehni və fiziki tarazlığın məhsuludur.
İnsanların ən çox keçmişdəki peşmanlıqlar və gələcəklə bağlı narahatlıqlar səbəbindən əziyyət çəkdiyini qeyd edən mütəxəssis, "indiki ana" fokuslanmağı tövsiyə edir. Bu istiqamətdə, Matthieu Ricardın da həyatının mərkəzində yer alan meditasiya, zehni sakitləşdirməyin və beyindəki şəfqət mərkəzlərini aktivləşdirməyin ən effektiv yolu kimi önə çıxır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Kim deyər ki, 80 yaşları var? - (Video)
-
İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal: Təhlükəsizlik kəməri etiketləri
-
Yumurtaların üzərindəki rəqəmlər nə deməkdir? İlk rəqəmə diqqət edin
-
Günün qoroskopu: Fikirlərinizi asanlıqla ətrafdakılara qəbul etdirəcəksiniz
-
Həyətyanı torpaqlara çıxarış verilməsi sadələşdirilir: Qiymətlər arta bilər - (Video)
-
Mahir Emreli növbəti qolunu vurdu - (Video)
XƏBƏR LENTİ
-
Kim deyər ki, 80 yaşları var? - (Video)
-
Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar
-
İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal: Təhlükəsizlik kəməri etiketləri
-
Yumurtaların üzərindəki rəqəmlər nə deməkdir? İlk rəqəmə diqqət edin
-
Günün qoroskopu: Fikirlərinizi asanlıqla ətrafdakılara qəbul etdirəcəksiniz
-
Sabah Şahbuzda işıq olmayacaq
-
Həyətyanı torpaqlara çıxarış verilməsi sadələşdirilir: Qiymətlər arta bilər - (Video)
-
Küveyt İrana nota verdi
-
Bakıda çay evində dava: ölü və yaralılar var
-
Mahir Emreli növbəti qolunu vurdu - (Video)
-
Yavuz Bingöl 12 günlük müalicədən sonra evə buraxıldı - Əməliyyat olunacaq
-
“Qalatasaray”ın futbolçusu Yunus Akgün evləndi - (Foto)
-
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
-
Qubada suvarma kanalına yenidən su verildi: İtkin düşən gənc hələ də tapılmayıb
-
Nadir Qafarzadə oğluna ad günü etdi - (Video)
-
Sumqayıtda zavodda güclü partlayış oldu - (Video)
-
"Sədərək"də yolun ortasında dayanan kişini motosiklet vurdu - anbaan (Video)
-
Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu
-
“Verniduba dedim ki, çox artıq sözlər danışırsan” - Rəşad Sadıqov
-
Murad Ağalarovdan ali məktəblərə qəbul sistemi ilə bağlı təklif: "İmtahan vaxtı fənlərə görə fərqləndirilməlidir"
-
Rəşad Sadıqovla Vernidub bir-birinə barmaq silkələdi - (Video)
-
Estoniyanın Azərbaycanda səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir - Ceyhun Bayramov - (Foto)
-
CeyLo ailəsi ilə bir arada - (Foto)
-
Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib





