İdman

Yeni mövsümün ilk turu bəlli oldu - Premyer Liqada püşkatma - (Foto)

17 İyul 2026 16:15
Baxış: 360
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Misli Premyer Liqasında 2026/2027-ci illər mövsümünün püşkatma mərasimi baş tutub və ilk turun qarşılaşmaları müəyyənləşib.

Milli.Az xəbər verir ki, püşkün nəticəsinə əsasən, ilk turda "Şamaxı" öz meydanında "Qarabağ"ı qəbul etməli idi. Lakin klubun stadionunda süni işıqlandırma sisteminin olmaması səbəbindən görüşün yeri dəyişdirilib və matç Ağdam təmsilçisinin meydanında keçiriləcək.

Peşəkar Futbol Liqasının məlumatına görə, işıqlandırma sistemi olmayan stadionlara malik komandalar yay aylarında oyunlarını səfərdə keçirməli olacaqlar.

Premyer Liqanın ilk turunda keçiriləcək digər oyunlar isə bunlardır:

"Turan Tovuz" - "Qəbələ"
"Kəpəz" - "Sabah"
"Sumqayıt" - "Neftçi"
"Araz-Naxçıvan" - "İmişli"
"Zirə" - "Şəfa"

Qeyd edək ki, Misli Premyer Liqasında yeni mövsümə avqustun 14-də start veriləcək.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.