İdman

Dünya çempionatının finalı təxirə salına bilər

17 İyul 2026 15:14
Baxış: 322
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Futbol üzrə dünya çempionatının İspaniya və Argentina yığmaları arasında keçiriləcək final oyununun təxirə salınması ehtimalı gündəmə gəlib.

Milli.Az xəbər verir ki, buna səbəb Kanadada davam edən meşə yanğınları nəticəsində yaranan tüstünün ABŞ-nin şimal bölgələrinə yayılmasıdır.

Artıq Çikaqoda açıq havada keçirilməsi nəzərdə tutulan bəzi tədbirlər ləğv edilib, MLS çərçivəsində baş tutmalı olan "Çikaqo Fayr" - "Vankuver Uaytkaps" oyunu da təxirə salınıb.

Ekspertlər tüstünün yaxın günlərdə də qalacağı təqdirdə, iyulun 19-da Nyu-Yorkdakı "MetLayf" stadionunda keçirilməsi planlaşdırılan dünya çempionatının finalına da təsir göstərə biləcəyini qeyd edirlər.

Hələlik FIFA tərəfindən matçın təxirə salınması ilə bağlı rəsmi açıqlama verilməyib. 

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.