Aşpazlar badımcanı qızartmazdan əvvəl bunu edir: Acılıq yox olur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İri və yetişmiş badımcanlarda hiss olunan acı dad yeməyin ləzzətini poza bilər. Bu problemi aradan qaldırmaq üçün mətbəxlərdə illərdir tətbiq olunan çox sadə bir üsul var.
Milli.Az xəbər verir ki, peşəkar aşpazların tez-tez üstünlük verdiyi bu üsul həm badımcanın acısını azaldır, həm də qızartma zamanı daha az yağ çəkməsinə kömək edir. Hazırlanması isə cəmi bir neçə dəqiqə vaxtınızı alır.
Duzlama üsulu acılığı azaldır
Badımcanları yeməyinizə uyğun şəkildə doğrayın. Üzərlərinə hər tərəfini örtəcək qədər duz səpin və ya duzlu suyun içinə qoyun. Bu şəkildə təxminən 20-30 dəqiqə gözlədin. Bu müddətdə badımcanın tərkibindəki acılığa səbəb olan mayenin bir hissəsi kənara çıxacaq.
Gözləmə müddəti bitdikdən sonra badımcanları bol su ilə yaxşıca yuyun. Üzərindəki duzu tamamilə təmizlədikdən sonra kağız dəsmal və ya təmiz bir parça ilə qurulayın. Xüsusilə qızartma edəcəksinizsə, badımcanın tamamilə quru olması daha yaxşı nəticə almağınızı təmin edəcək.
Daha az yağ çəkməsinə kömək edir
Duzlama prosesi yalnız acılığı azaltmaqla qalmır. Badımcan artıq suyunu kənara atdığı üçün qızartma zamanı daha az yağ çəkir. Beləcə, daha yüngül və daha ləzzətli yeməklər hazırlamaq mümkün olur.
Badımcan seçərkən qabığı parlaq, sərt, saplağı canlı yaşıl və ağırlığına görə dolğun olanları seçməyə çalışın. Kiçik və təzə badımcanlarda acı dadın olma ehtimalı da daha aşağıdır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Bir dilim kifayət etməz: Yunan mətbəxinin məşhur portağallı şirniyyatı – Portokalopita
-
Balıq qızardarkən una bir qaşıq əlavə edin: İçi yumşaq, çölü xırçıltılı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Suyu çox olan şorbanı xilas etməyin yolu - 1 qaşıq bəs edir
-
Sobada İzmir küftəsi resepti
XƏBƏR LENTİ
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye
-
Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub - (Foto)
-
Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək
-
"Qalatasaray"ın hücumçusu əməliyyat olunub
-
Şəkidə 58 yaşlı kişini maşın vuraraq öldürüb
-
35 yaşlı kişinin meyiti kənd qəbiristanlığında tapıldı
-
Məşhur sovet aktrisası vəfat etdi
-
Jurnalist Elnur Şükürov həbs edildi
-
Bolero X-in coşqun ritmi və plastikası Bakını heyran etdi





