Cəmiyyət

Qaza görə olan rüsum ləğv olundu

14 İyul 2026 12:12
Baxış: 654
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qaz qurğularının xəritələrindən (sxemlərindən) istifadəyə görə 20 manatlıq dövlət rüsumu ləğv ediləcək.

Milli.Az xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Belə ki, yeni "Qaz təchizatı haqqında" qanunda ləğv edilmiş 30 iyun 1998-ci il tarixli qanundan fərqli olaraq qaz qurğularının xəritələrinin dövlət rüsumu ödəməklə sifarişçilərə verilməsi müddəası nəzərdə tutulmadığından "Dövlət rüsumu haqqında" qanunda müvafiq dəyişiklik edilir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.