Hadisə

Yasamal rayonunda mənzildən oğurluq edən şəxs saxlanılıb

17 İyul 2026 14:50
Baxış: 232
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Yasamal rayonu ərazisində yerləşən evlərin birində talama hadisəsi qeydə alınıb.

Milli.Az xəbər verir ki, naməlum şəxs mənzilin qapısının açıq olmasından istifadə edərək evə daxil olub və zərərçəkənin içərisində 1700 manat olan pul kisəsini, eləcə də mobil telefonunu oğurlayıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 34 yaşlı S.Kişiyeva müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.