Şuşanın sədası, Ağ Evin əks-sədası
Şuşada keçirilən IV Qlobal Media Forumu təkcə növbəti beynəlxalq tədbir deyildi. Forum göstərirdi ki, Azərbaycan artıq qlobal məsələlər haqqında təkcə danışan deyil, həmin beynəlxalq müzakirələrin keçirildiyi platformaları həm də formalaşdırmağı bacaran ölkədir. Təbii ki, forumun diqqət çəkən məqamlarından biri Prezident İlham Əliyevə ünvanlanan səmimi suallar və elə o cür səmimi də alınan cavablar oldu.
Bu, tədbiri formal çıxışlar meydanından daha çox canlı siyasi dialoq və səmimi ünsiyyət platformasına çevirirdi və digər platformalardan da fərqləndirirdi. Məhz buna görə Şuşadan verilən mesajlar təkcə zalda qalmadı, dünya mediasına çıxdı, ciddi rezonans doğurdu və geniş müzakirə olundu. Beynəlxalq reaksiyalar da bunu təsdiqləyirdi. Dünyanın müxtəlif media platformalarında forumun işıqlandırılması, hətta ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidentinin fikirlərindən sitat paylaşması göstərirdi ki, Şuşada səslənən mesajlar beynəlxalq informasiya məkanında diqqətdən kənarda qalmadı və okeanın o tayınadək, düz Ağ Evə qədər gedib çatdı.

Bu, forumun ən mühüm nəticələrindən biri idi: Şuşa beynəlxalq informasiya gündəminə daxil oldu və əks-sədası dünyanın bir nömrəli ofisindən - Ağ Evdən gəldi. Bütün bunlar təsadüfən olmadı, çünki Azərbaycan yalnız regional aktor deyil, qlobal proseslər barədə baxışı olan, beynəlxalq münasibətlərə və yeni dünya düzəninə dair modern mövqeli bir ölkədir. Ölkənin müasir siyasi baxışlarının və qlobal idarəçilik haqqında təsəvvürlərinin, mesajlarının beynəlxalq auditoriyaya çatdırılması əsas hədəflərdən idi və forum da öz məqsədlərinə çatdı.
Əks-sədası Ağ Evdən gələn Şuşa Forumunun nəticələri kimləri narahat edir?
Lakin beynəlxalq siyasətdə hər ciddi mesajın bir əks reaksiyası da olur. Şuşa Forumunun yaratdığı rezonansa da bəzi dairələr öz narahatlığını gizlədə bilmədi. Forum başa çatan kimi Rusiyanın bir sıra media resurslarında Azərbaycana qarşı qərəzli çıxışlar kampaniyasının başlanması isə heç də təsadüfi görünmürdü. Bu reaksiyalar, əslində, Şuşadan verilən mesajların müəyyən güc mərkəzlərində diqqətlə izlənildiyini və onların heç də hamısı tərəfindən rahat qarşılanmadığını göstərirdi.

Təəssüf doğuran məqamlardan biri də ölkə daxilində bəzi marginal qrupların və müxtəlif təsir mərkəzlərinə bağlı çevrələrin forumun nəticələrini kölgələməyə çalışması idi. Sosial şəbəkələrdə, şəxsi hesablarda fərqli fikir bildirmək başqa, ölkənin beynəlxalq uğurunu gözdən salmağa cəhd etmək isə tamam başqa məsələdir. Azərbaycan beynəlxalq diqqətin mərkəzinə düşərkən, bu uğurun dəyərini kiçiltməyə hesablanmış cəhdlər nə qədər səs-küylü olsa da, reallığı dəyişə bilmədi.

Çünki, Şuşanın özü də bu mənada ən güclü simvoldur. Bu şəhər tarix boyu daha ağır sınaqlardan keçib, daha sərt hücumlar görüb, ona nə qədər daşlar atılıb. Amma hər dəfə ayaqda qalmağı bacarıb. Çünki Şuşa sadəcə şəhər deyil, qala şəhəridir. Qala isə yalnız daş divarlarla deyil, iradə, güc və dözümlə möhkəm olur. Bəlkə də Şuşa Forumunun ən böyük nəticəsi elə budur: bu şəhər artıq təkcə tarixi yaddaşın deyil, həm də Azərbaycanın dünyaya verdiyi siyasi, informasiya və ideoloji mesajların ünvanına çevrilir. Belə platformalar ətrafında yaranan müzakirələr, qərəzli tənqidlər, açıq hücumlar, onu ləkələmək cəhdləri isə istər ölkə daxilindən olsun, istər kənardan bu ali həqiqəti dəyişə bilməz: çünki Şuşa danışanda onu təkcə region deyil, artıq bütün dünya eşidir. Dumanlı Şuşadan düz Ağ Evə kimi!
Əli Vəliyev
Manset.az xəbər portalının baş redaktoru

DİGƏR XƏBƏRLƏR
-
Şuşanın sədası, Ağ Evin əks-sədası
-
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Kambocanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - (Foto)
-
Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
XƏBƏR LENTİ
-
Rəqsanə oğlu ilə hovuz kənarından videosunu yaydı
-
Şagirdlər üçün “ağıllı müəllim”: Yeni sistem hazırlanır
-
Xaçmaz heyvan bazarı yaxın günlərdə fəaliyyətə başlayacaq
-
Vaqif Nəbiyev vəfat etdi
-
“Koroğlu”dan Sea Breeze-ə ekspres avtobus işləyəcək
-
Şəbnəm Tovuzludan onunla şəkil çəkdirmək istəyən kişiyə sərt reaksiya - (Video)
-
Bakıda kişi zivədən asılmış şalvarı belə oğurladı - (Video)
-
Temperatur 38 dərəcəyə qalxacaq - Proqnoz
-
Quzu əti bahalaşıb: Qiymətlər 25 manata çatır
-
Şuşanın sədası, Ağ Evin əks-sədası
-
Erlinq Haaland sevgilisi ilə görüntüləndi – Gözəlliyi müzakirə yaratdı - (Video)
-
Heydər Əliyev Mərkəzinin binası Slovakiya bayrağının rəngləri ilə işıqlandırılıb
-
Samir Şərifov sədr təyin edildi
-
İsrail parlamenti fəaliyyətini dayandırdı
-
Bazarlarda yeni qayda: Açıq məhsullar etiketlənəcək - (Foto)
-
Xalq şairi reanimasiyadadır
-
Əməliyyatdan sonra Kəmalə Günəşlinin səhhətində problem yarandı: "Boğuluram" - (Video)
-
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Kambocanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - (Foto)
-
Paytaxt ərazisində oğurluq edən şəxslər saxlanılıb
-
Prezident İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - (Foto)
-
Bu dəfə Dağıstanda avtobus sürücüsü sərnişinlərdən küsdü - (Video)
-
Azad edilmiş ərazilərdə 287 min hektardan çox sahə minalardan təmizlənib





