4 qazla başladı, indi ildə 800 bala alır (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyədə, Iğdırda yaşayan Sona Tuncer hobi məqsədilə aldığı 4 qazla başladığı təsərrüfatı zamanla böyüdərək evinin tövləsini qaz fermasına çevirib.
Milli.Az xəbər verir ki, Azərbaycan əsilli Sona Tuncer həyat yoldaşı ilə birlikdə çobanlıq etmək üçün getdiyi Ərdahanda qaz yetişdiriciliyi ilə tanış olub. Qaz istehsalına maraq göstərən Tuncer aldığı 4 qazı Halfeli qəsəbəsindəki evinin bağçasında yetişdirməyə başlayıb. Zaman keçdikcə qazların sayını artıran Tuncer əldə etdiyi səmərə və marağı sayəsində bu işi böyütməyə qərar verib.
Daha əvvəl xırdabuynuzlu heyvandarlıqla məşğul olan Tuncer və ailəsi qoyunlarını sataraq qaz yetişdiriciliyinə yönəliblər. Evin bağçasındakı qoyun tövləsini qazlar üçün tənzimləyən ailə, burada qurduqları müəssisədə istehsalata başlayıblar.
İndi 70 ana qazdan illik təxminən 800 bala alır
Qısa müddətdə istehsalını inkişaf etdirən və ferma quran Tuncer, hazırda 70 ana qazdan illik təxminən 800 bala əldə edir. Oğlu Erhan ilə birlikdə qazların baxımını həyata keçirən Tuncer, heyvanların təbii qidalanması üçün onları mütəmadi olaraq otlaqlara çıxarır.
Qaz yetişdiriciliyini daha da böyütməyi hədəfləyən Tuncer ailəsi, dəstək göstəriləcəyi təqdirdə müasir şəraitə malik daha böyük bir ferma qurmağı planlaşdırır. Sona Tuncer, hər il yay aylarında Qars və Ərdahana çobanlığa getdiklərini və orada gördüyü qaz yetişdiriciliyinə maraq saldığını bildirib.
"Qonşularıma bu sahədə iş imkanı təqdim etmək istəyirəm"
Bir neçə qazla başladığı istehsalı daha sonra böyütdüyünü ifadə edən Tuncer bunları deyib:
"Hər il minlərlə qaz yetişdirərək həm ailə büdcəmizə qatqı təmin etmək, həm də ətrafımdakı qonşularıma bu sahədə iş imkanı təqdim etmək istəyirəm".
"Əslən azərbaycanlıyam. Təxminən 25 ildir Iğdırda yaşayıram və evliyəm, beş övlad anasıyam".
"Uşaqlarımın hamısı evlənib. Hazırda yanımda 15 yaşlı oğlum var. Qazların baxımını birlikdə edirik. Oğlum məktəb tətillərində mənə kömək edir. Səhər erkən saatlarda qazların yemini verir, ardınca onları əraziyə çıxararaq otarırıq".
Həyat yoldaşı Əbdülməcid Tuncel isə dəstək veriləcəyi təqdirdə işi daha da böyüdüb peşəkar bir ferma qurmağı hədəflədiklərini bildirib: "Qoyunları satdıq, bu qaz işinə girişdik. Hazırda tövləmiz qoyun yeri olduğu üçün şərait yaxşı deyil, buna görə də tələfatımız olur. Əgər bizə kredit imkanı və dəstək verilsə, biz bu işi daha müasir şəkildə etmək istəyirik. Məsələn, ildə 1000, 2000 ədəd yetişdirmək istəyirik... Ən azından 3-5 nəfər də yanımızda çalışar, onlar da faydalanar". Oğlu Erhan Tuncer də boş vaxtlarında anası ilə qazları otlağa çıxardığını və istehsal etməyi, çalışmağı sevdiyini qeyd edib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Wi-Fi siqnalını alüminium folqa ilə gücləndirmək mümkündür? - Araşdırma
-
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
-
Payız-qış mövsümündə dəbdə olacaq gödəkçələr
-
Psixoloq təkrarlanan pis yuxulardan qurtulmağın yollarını açıqladı
-
Kökəlmək istəyənlər oxusun
-
Üzünüzə gülən hər kəs dost deyil: Gizli düşmənçiliyi büruzə verən 7 davranış
XƏBƏR LENTİ
-
TƏHLİL Siyasi İslamın ixracı, kəşfiyyat xidməti – Türkiyə təşkilatlarına niyə yenidən baxılmalıdır?
-
FTX bu ərazini sərhəd zonası elan etdi
-
Misir Səudiyyə Ərəbistanına yardım edəcək
-
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi
-
Boksçularımız dünya çempionatında mübarizəyə başlayırlar
-
İstanbulda itkin düşən Türkmənistan vətəndaşının meyiti tapıldı
-
Hindistanda yük maşını ibadət yerinə girdi - Çoxlu sayda ölən var
-
Ukrayna Rusiya ordusunun hərbi obyektlərini vurdu
-
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
-
Azərbaycanda sarı və narıncı xəbərdarlıq verildi
-
“Sabah” - “Borussiya” oyununu bu hakim idarə edəcək
-
İranın yeni müdafiə naziri seçildi
-
İran ABŞ-a çata bilən raketlər hazırlayır
-
TDT Baş katibindən Azərbaycana təbrik
-
Ayın 19-da güclü külək olacaq - Proqnoz
-
Lökbatanda anbarda yanğın baş verib
-
Qara dənizdə yük gəmisi vuruldu
-
Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Salyanda ağır qəza - Xəsarət alanlar var
-
“Uzak şehir”də rol alacaq
-
"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı
-
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü
-
Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib - (Foto)
-
Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb





