Dünya

Ermənilər “İran malı” adıyla Rusiyanı aldatdılar?

17 İyul 2026 15:21
Baxış: 581
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti ("Rosselxoznadzor") İranın Bitki Mühafizəsi Təşkilatına Rusiyaya ixrac üçün nəzərdə tutulan çiçək məhsullarının sertifikatlaşdırılmasının müvəqqəti dayandırılması ilə bağlı müraciət edib.

Qurumun yaydığı məlumata görə, bu qərarın verilməsinə səbəb 2026-cı ildə Tehrandan Rusiyaya gül tədarükünün nəzərəçarpacaq dərəcədə artması olub.

Bildirilib ki, fitosanitar sertifikatlarda məhsulun mənşə ölkəsi kimi İran göstərilsə də, çiçəklərin xarici görünüşü və qablaşdırılması baxımından həmin məhsullar əvvəllər Ermənistandan gətirilən güllərlə oxşarlıq təşkil edir.

Qeyd edək ki, Rusiya daha əvvəl Ermənistandan gül idxalına qadağa tətbiq edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.