Dünya

Türkiyədə Trampa sui-qəsd hazırlanıb? - Rəsmi cavab

17 İyul 2026 17:27
Baxış: 330
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyə hakimiyyəti Ankarada keçirilən NATO sammiti zamanı ABŞ Prezidenti Donald Trampa qarşı mümkün sui-qəsd planı ilə bağlı aparılan araşdırmanın nəticələrini açıqlayıb.

Milli.Az xəbər verir ki, rəsmi məlumatda bildirilib ki, təhlükəsizlik və kəşfiyyat qurumları tərəfindən aparılan yoxlamalar zamanı belə bir planın mövcudluğunu təsdiqləyən heç bir sübut aşkar edilməyib. Türkiyə tərəfi ABŞ mediasında və bəzi mənbələrdə yayılan iddiaların araşdırıldığını, lakin onların təsdiqini tapmadığını vurğulayıb.

İyulun 7-8-də keçirilən NATO sammiti gücləndirilmiş təhlükəsizlik tədbirləri altında baş tutub. Sammit çərçivəsində Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətlərini yüksək qiymətləndirib və iki ölkə arasında əməkdaşlığın inkişafına dair müsbət mesajlar verib.

ABŞ Prezidentinin sammitə səfəri zamanı istifadə etdiyi təyyarə də diqqət çəkib. Məlumata görə, təhlükəsizlik səbəbləri nəzərə alınaraq geri dönüş uçuşunda fərqli təyyarədən istifadə olunub.

Türkiyə rəsmiləri hazırda Trampın təhlükəsizliyinə qarşı konkret təhdid müəyyən edilmədiyini bildiriblər.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.