Ermənistan və Azərbaycan arasında de-fakto sülh mövcuddur - Ceyhun Bayramov
Ermənistan və Azərbaycan arasında de-fakto sülh mövcuddur.
Bunu Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Moskvada Rusiyanın XİN rəhbəri Sergey Lavrovla keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında deyib.
"Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi Cənubi Qafqazda yeni reallıqlar və yeni təhlükəsizlik formatı yaradıb. Bu təhlükəsizlik formatı beynəlxalq hüququn aliliyinə əsaslanır və xüsusilə vurğulamaq istərdim ki, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə söykənir. Ermənistan və Azərbaycan arasında normallaşma prosesi çərçivəsində baş vermiş son tarixi hadisələr, o cümlədən sülh sazişi layihəsinin paraflanması regionumuzda uzunmüddətli sülhün, təhlükəsizliyin və rifahın təmin olunması üçün unikal imkan yaradır", - deyə o bildirib.
C.Bayramov qeyd edib ki, müzakirələr zamanı o, Lavrovu azad edilmiş ərazilərdə aparılan bərpa, yenidənqurma və tikinti işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, eləcə də Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin cari mərhələsi ilə bağlı məlumatlandırıb.
"Əminliklə demək olar ki, bu gün Ermənistan və Azərbaycan arasında de-fakto sülh mövcuddur. Öz növbəsində, Azərbaycanın həyata keçirdiyi müsbət və sülhyönümlü təşəbbüslər, o cümlədən etimadın möhkəmləndirilməsi istiqamətində atılan addımlar normallaşma prosesini əhəmiyyətli dərəcədə sürətləndirib və bu prosesə böyük müsbət töhfə verib. Əminik ki, sülh prosesində qalan məsələlərin həlli uzunmüddətli, sabit və firavan regionun formalaşması, etimadın üstünlük təşkil etdiyi mühitin yaradılması üçün zəruri şərtləri təmin edəcək", - deyə nazir əlavə edib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısının genişləndirilməsini təsdiq edib
-
Azərbaycan Rusiya ilə Ukrayna arasındakı münaqişənin sülh yolu ilə nizamlanmasına çağırır - Ceyhun Bayramov
-
Ermənistan və Azərbaycan arasında de-fakto sülh mövcuddur - Ceyhun Bayramov
-
Azərbaycan və Rusiya arasında Məsləhətləşmələr Planı imzalanıb
-
Ceyhun Bayramov Lavrovla görüşdü
-
Şuşanın sədası, Ağ Evin əks-sədası
XƏBƏR LENTİ
-
AQTA xaricdən gətirilən heyvanlarla bağlı tələbləri açıqladı
-
Travmatoloqdan xəbərdarlıq: İdmanda bu səhvlər ciddi zədələrə səbəb olur
-
Esra Ezmeci Xoşqədəm Hidayətqızının yerinə gəlir?
-
Türkiyədə Trampa sui-qəsd hazırlanıb? - Rəsmi cavab
-
"Qarabağ”ın futbolçusu komandadan kənarlaşdırıldı
-
Prezident İlham Əliyev gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısının genişləndirilməsini təsdiq edib
-
Azərbaycan Rusiya ilə Ukrayna arasındakı münaqişənin sülh yolu ilə nizamlanmasına çağırır - Ceyhun Bayramov
-
Qəbul imtahanında 4 abituriyent maksimum bal topladı
-
II və III qruplar üzrə qəbul imtahanının nəticələri açıqlandı
-
Ermənistan və Azərbaycan arasında de-fakto sülh mövcuddur - Ceyhun Bayramov
-
Narkotik satıcılarına qarşı əməliyyatlar: 161 nəfər həbs olunub - (Video)
-
Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib - (Foto)
-
"Mardinli Merilin Monro" həbs edildi
-
Yeni mövsümün ilk turu bəlli oldu - Premyer Liqada püşkatma - (Foto)
-
Bakıda qeyri-adi kənd yumurtası - Bu əlaməti görsəniz, təəccüblənməyin
-
Azərbaycan və Rusiya arasında Məsləhətləşmələr Planı imzalanıb
-
Flora Kərimovanın son durumu açıqlandı
-
Tərtərdə ağır qəza: Ər və arvad öldü - (Video)
-
Ermənilər “İran malı” adıyla Rusiyanı aldatdılar?
-
Dünya çempionatının finalı təxirə salına bilər
-
ABŞ-də dəhşət: 15 yaşlı qız beş qohumunun ölümündə şübhəli bilinir - (Foto)
-
Çimərliklərində dəniz suyu 26 dərəcəyədək isinəcək
-
Yasamal rayonunda mənzildən oğurluq edən şəxs saxlanılıb
-
Vüsalə "İncə səhər"dən getdi





