FHN qeyri-sabit hava ilə bağlı əhaliyə xəbərdarlıq etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fövqəladə Hallar Nazirliyi (FHN) bəzi bölgələrdə gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Milli.Az xəbər verir ki, nazirliyin məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin proqnozlarına əsasən, yaxın günlərdə ölkənin ayrı-ayrı ərazilərində intensiv yağış, sel, şimşək və güclənən külək müşahidə oluna bilər.
Bildirilib ki, bəzi dağ çaylarında qısamüddətli sel hadisələrinin baş verməsi ehtimalı var.
FHN bu cür hava şəraitində təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini vurğulayıb.
Nazirlik sel və daşqın təhlükəsi olan ərazilərdən uzaq durmağı, belə halla qarşılaşdıqda isə dərhal yüksək ərazilərə çəkilməyi tövsiyə edib.
Həmçinin ildırım zamanı elektrik cihazlarının şəbəkədən ayrılması, telefonla danışmamaq, açıq ərazilərdə elektrik xətləri, ildırım ötürücüləri və hündür ağacların yaxınlığında dayanmamaq barədə xəbərdarlıq edilib.
Güclü külək zamanı isə müvəqqəti tikililərdən, reklam lövhələrindən, elektrik dirəklərindən və hündür ağaclardan uzaq durmaq tövsiyə olunub.
FHN qeyd edib ki, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusi diqqət yetirilməlidir. Eyni zamanda güclü külək zamanı dənizə girmək və kiçikhəcmli gəmilərlə suya çıxmaq təhlükəli hesab olunur.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Tənbəlliyin immun sisteminə müsbət təsiri var - Mütəxəssis rəyi
-
Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydasında dəyişiklik edilib
-
Hava kəskin dəyişir: İntensiv yağış, sel, şimşək...
-
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin səlahiyyətləri genişləndirilir
-
İnsan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı təsdiq edilib
-
İdxal olunan heyvanların daşınması ilə bağlı sahibkarlara çağırış
XƏBƏR LENTİ
-
Tənbəlliyin immun sisteminə müsbət təsiri var - Mütəxəssis rəyi
-
Birbank Invest: İnvestisiyaya aparan rəqəmsal yol
-
"Şevket" illər sonra - (Foto)
-
Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydasında dəyişiklik edilib
-
Hava kəskin dəyişir: İntensiv yağış, sel, şimşək...
-
"Kubik-rubik"i 0.39 saniyəyə yığdı - (Video)
-
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin səlahiyyətləri genişləndirilir
-
Yamal Mbappeni kölgədə qoydu
-
İnsan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı təsdiq edilib
-
Azərbaycanlı aparıcı özündən gözəl qızı ilə - (Video)
-
İdxal olunan heyvanların daşınması ilə bağlı sahibkarlara çağırış
-
FHN qeyri-sabit hava ilə bağlı əhaliyə xəbərdarlıq etdi
-
Azərbaycan XİN vətəndaşlara xəbərdarlıq etdi
-
Zabrat-Kürdəxanı şosesində səsli svetoforlar quraşdırıldı
-
Alla Puqaçova Mayamidəki milyonluq evini qızına 1 dollara verdi
-
Onlayn alış-veriş zamanı saxta kosmetik məhsulları necə tanımaq olar?
-
Azərbaycan açıq dialoqa və konstruktiv tərəfdaşlığa üstünlük verir - Kamaləddin Qafarov
-
Kosmetik məhsulları seçərkən nəyə diqqət etməliyik?
-
Futbolçuların beyni barədə araşdırma həyəcan yaratdı
-
Adi reyhan kompotunu unudun - Bu üsulla hazırlayın, dadına doymayacaqsınız
-
Talehin reklamındakı aktrisa danışdı: "Qınayanlara demək istəyirəm ki..." - (Foto)
-
Baş Prokurorluq yayılmış əsassız iddialarla bağlı məlumat yayıb
-
Tehranda elektrik enerjisinə məhdudiyyətlər tətbiq olunacaq
-
Mbappe rekorda imza atdı





