Birbank Invest: İnvestisiyaya aparan rəqəmsal yol
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnvestisiya etmək artıq maliyyə bazarlarını yaxından izləyən və vəsaitini dəyərləndirmək istəyən hər kəsin üstünlük verdiyi imkanlardan biridir.
Milli.Az xəbər verir ki, 2025-ci ilin iyun ayında istifadəyə verilən Birbank Invest qısa müddətdə onminlərlə istifadəçinin seçiminə çevrilib. Azərbaycanda bank tərəfindən təqdim olunan ilk müstəqil investisiya tətbiqi olan platforma istifadəçilərə cəmi 1 ABŞ dollarından başlayaraq investisiya etmək, yerli və qlobal maliyyə bazarlarına tam rəqəmsal, rahat və təhlükəsiz çıxış əldə etmək imkanı yaradır.
Fəaliyyət göstərdiyi 1 il ərzində Birbank Invest istifadəçilərinə təqdim etdiyi investisiya imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Bu gün platformada 12 000-dən çox səhm və ETF üzrə investisiya etmək mümkündür. Ötən dövr ərzində platformaya 1000-dən çox yeni investisiya aləti əlavə olunub. Eyni zamanda Birbank Invest 2.0 versiyası ilə daha rahat istifadəçi interfeysi, yerli kapital bazarında ilkin və təkrar bazarda ticarət imkanları, ABŞ bazarı üzrə geniş maliyyə göstəriciləri və investorların qərarverməsini asanlaşdıran yeni funksiyalar istifadəyə verilib.
Birbank Invest ölkənin kapital bazarında mühüm hadisələrdən biri olan PAŞA Bank-ın ilk kütləvi səhm təklifi (IPO) zamanı da investorların ən çox istifadə etdiyi platforma olub. 10 000-dən çox unikal investor məhz Birbank Invest vasitəsilə IPO-da iştirak edib və tətbiq üzərindən 11 000-dən artıq sifariş yerləşdirilib.
Kapital Bank-ın İdarə Heyəti Sədrinin 1-ci müavini Cavid Mirzəyev öz sosial şəbəkə hesabında bu haqda paylaşım edib. O bildirib ki, investisiya maliyyə bazarlarını yaxından izləyən insanlarla yanaşı, vəsaitini dəyərləndirmək istəyən hər kəs üçün əlçatan olmalıdır. "Bizim üçün əsas göstərici təkcə istifadəçi sayı deyil. Əsas məsələ insanların investisiyaya münasibətinin dəyişməsidir. Əgər əvvəllər investisiya daha çox peşəkarların maraq dairəsi hesab olunurdusa, bu gün rəqəmsal həllər sayəsində daha çox insan vəsaitini dəyərləndirməyə başlayır. Birbank Invest-in qısa müddətdə qazandığı etimad da bu dəyişimin ən aydın göstəricilərindən biridir".
Tam rəqəmsal qeydiyyat, 24/7 sifariş yerləşdirmə, portfeli real vaxt rejimində izləmə imkanı, rəqabətli komissiyalar və SIPC çərçivəsində 500 min ABŞ dollarınadək aktivlərin sığortalanması Birbank Invest-in istifadəçilərinə təqdim etdiyi üstünlüklər sırasındadır. Qeyd edək ki, Kapital Bank-ın əmtəə nişanı olan Birbank Invest "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC ilə birgə təqdim olunub və həm investisiya sahəsində ilk addımlarını atan, həm də təcrübəli investorlar üçün yerli və qlobal maliyyə bazarlarına rahat, sürətli və təhlükəsiz çıxış imkanı yaradır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Sibel Can yeni görünüşü ilə diqqət çəkdi - (Video)
-
Nisyə ərzaq ala bilmədi, mağazanı yandırdı - Şəmkirdə 46 min manatlıq ziyan
-
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi
-
Tənbəlliyin immun sisteminə müsbət təsiri var - Mütəxəssis rəyi
-
Birbank Invest: İnvestisiyaya aparan rəqəmsal yol
-
"Şevket" illər sonra - (Foto)
XƏBƏR LENTİ
-
Britaniyada yeniyetmələr üçün sosial şəbəkələrə gecə məhdudiyyəti tətbiq ediləcək
-
Azərbaycanın xarici ticarət dövriyyəsi 24,6 milyard dolları ötüb
-
Sibel Can yeni görünüşü ilə diqqət çəkdi - (Video)
-
Nisyə ərzaq ala bilmədi, mağazanı yandırdı - Şəmkirdə 46 min manatlıq ziyan
-
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi
-
Tənbəlliyin immun sisteminə müsbət təsiri var - Mütəxəssis rəyi
-
Birbank Invest: İnvestisiyaya aparan rəqəmsal yol
-
"Şevket" illər sonra - (Foto)
-
Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydasında dəyişiklik edilib
-
Hava kəskin dəyişir: İntensiv yağış, sel, şimşək...
-
"Kubik-rubik"i 0.39 saniyəyə yığdı - (Video)
-
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin səlahiyyətləri genişləndirilir
-
Yamal Mbappeni kölgədə qoydu
-
İnsan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı təsdiq edilib
-
Azərbaycanlı aparıcı özündən gözəl qızı ilə - (Video)
-
İctimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddəti artırılıb
-
İdxal olunan heyvanların daşınması ilə bağlı sahibkarlara çağırış
-
FHN qeyri-sabit hava ilə bağlı əhaliyə xəbərdarlıq etdi
-
Azərbaycan XİN vətəndaşlara xəbərdarlıq etdi
-
Zabrat-Kürdəxanı şosesində səsli svetoforlar quraşdırıldı
-
Alla Puqaçova Mayamidəki milyonluq evini qızına 1 dollara verdi
-
Onlayn alış-veriş zamanı saxta kosmetik məhsulları necə tanımaq olar?
-
Azərbaycan açıq dialoqa və konstruktiv tərəfdaşlığa üstünlük verir - Kamaləddin Qafarov
-
Kosmetik məhsulları seçərkən nəyə diqqət etməliyik?





