Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölümlə nəticələnən yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda təqsirli bilinərək 5 il 2 ay müddətinə həbs edilən tiktoker İlduzə Hacıyevanın (Arzum) hökmü tərəflərə verilib.
Milli.Az xəbər verir ki, qafqazinfo məhkəmənin geniş müzakirə mövzusuna çevrildiyini nəzərə alaraq həmin hökmü əldə edib.
İş materiallarında diqqət çəkən bir neçə məqam var. Onlardan biri Arzumun Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) tərəfindən verilən sürücülük vəsiqəsinin olmamasıdır. Nazirliyin Baş Dövlət Yol Polisi İdarəsindən daxil olan məktubda yazır ki, Hacıyeva İlduzə Elmar qızına Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməyib.
Bunun əvəzinə onun Almaniya Respublikasının sürücülük vəsiqəsi olub. Həmin ölkədən verilən vəsiqədən görünür ki, Hacıyeva İlduzə Elmar qızına müddətsiz "B" kateqoriyalı sürücük vəsiqəsi verilib.
Şirkət rəhbəri bildirib ki, xarici ölkəyə məxsus sürücülük vəsiqəsi əsasında vətəndaş 1 ay ərzində həmin vəsiqə ilə avtomobili idarə edə bilər.
Bu səbəbdən həmin vəsiqə əsasında ona avtomobil icarəyə verilib. Təqsirləndirilən tiktoker "Changan Qiyuan A05 Plug-in Hibrid" markalı avtomobili isə özəl şirkətdən günü 60 manatdan hesablanmaqla 10 günlük kirayələyibmiş.
Həmin şirkətin direktoru da şahid qismində ifadə verib. Direktor deyib ki, qəzadan sonra Arzumla telefonla danışıb, ondan avtomobilə ziyan dəyib-dəymədiyini soruşub.
Arzum ona qəzada iştirak etmədiyini, avtomobilə də bir şey olmadığını deyib. Şahidin sözlərinə görə, hadisədən sonra avtomobili gedib hava limanından götürüblər.
Cinayət işi materiallarında Arzumun qəza baş verəndən sonra halı pisləşməsi və xəstəxanaya getməsi ilə bağlı sənəd də var.
TƏBİB-dən göndərilən məktubda yazır ki, İlduzə Hacıyeva hadisə günü saat 01:34-də tibb mərkəzinə daxil olub.
Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində ona "İsterik nevroz" diaqnozu qoyulub: "Xəstəyə ilkin tibbi yardım göstərilmiş, Renalium- 2ml, Natrium Xlorid 0,9% - 2 ml qarışımı venadaxili inyeksiya edilmişdir.
İlduzə Hacıyeva qeyd olunan tarixdə saat 01:55-də tibb mərkəzindən getmiş, ona əlavə hər hansı diaqnoz qoyulmamış, xidmət göstərilməmişdir".
Mübahisə olunan məsələlərdən biri də Arzumun qəzadan sonra nə qədər tibb mərkəzində qalması idi.
Bu sənədlə həmin müddətin 21 dəqiqə olduğu təsdiqini tapıb.
Məhkəmə nəticəyə gələrkən təqsirləndirilən şəxsin 2-si azyaşlı olmaqla 4 övladının olmasını, ilk dəfə cinayət törətməsini yüngülləşdirici, zərərçəkmiş tərəflərlə barışıq əldə edilməməsini ağırlaşdırıcı hal kimi nəzərə alıb.
Qeyd edək ki, Arzum bu ayın 2-si Xəzər Rayon Məhkəməsi tərəfindən həbs edilib. O, nə ibtidai nə məhkəmə istintaqı zamanı özünü təqsirli bilib.
Tiktoker qəza anının videosunu əsas gətirərək günahsız olduğunu deyib.
Onun həbsi ilə nəticələnən hökm geniş müzakirə mövzusuna çevrilib, əksər sosial şəbəkə istifadəçiləri Arzumun qəzada təqsiri olmadığını yazıblar.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
"10 il zülm çəkdim" - Mirkamil səhhətindən danışdı
-
Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb
-
Dayı bacısı qızının evindən qızıl oğurladı
-
Bakıda avtobuslar toqquşdu: Sərnişinlər arasında əməkdar artist Elman Rəfiyev də var - (Video)
-
İki küçədə hərəkət məhdudlaşdırılacaq
-
Azərbaycanlı gənc Rusiya-Ukrayna müharibəsində həlak oldu
XƏBƏR LENTİ
-
Pezeşkian İran dövlət televiziyasını sərt tənqid etdi
-
"10 il zülm çəkdim" - Mirkamil səhhətindən danışdı
-
"The Liberum" Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi əsas mesajları işıqlandırıb
-
Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb
-
Çempionlar Liqası: "Sabah"ın 2-ci təsnifatdakı rəqibi bəlli oldu
-
Fransa - İspaniya matçının heyətləri açıqlandı
-
Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakıya yola düşüb (Foto)
-
Dayı bacısı qızının evindən qızıl oğurladı
-
Türkiyədə məhkəmə Netanyahunu beynəlxalq axtarışa verdi
-
"Qəbələ" yoxlama oyununda "Kəpəz"i məğlub edib
-
14 İyul: Azərbaycanın taleyini dəyişən siyasi dönüş nöqtəsi
-
“Sabah” TNS-ə qarşı - Start heyətlər
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)
-
Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib (Foto/Video)
-
Holand və Bellinqem DÇ-2026-da tarixə düşdülər
-
Bakıda avtobuslar toqquşdu: Sərnişinlər arasında əməkdar artist Elman Rəfiyev də var - (Video)
-
İki küçədə hərəkət məhdudlaşdırılacaq
-
Azərbaycanlı gənc Rusiya-Ukrayna müharibəsində həlak oldu
-
Qara dəniz üslubunda dana qovurması resepti
-
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
-
Avropada anomal istilərdən ölənlərin sayı 14 mini ötüb
-
Mənsum İbrahimov: "Qızım bütün nəsli formada saxlayır"
-
İranın 180 deputatı ABŞ-la anlaşma memorandumunun ləğvini tələb edir
-
“Məni ağlatdığınız zaman başıma sığal çəkən adama qarşı açıqlama yayım?” - Xatirə Yüzbəyova





