Qara dəniz üslubunda dana qovurması resepti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yumşaq teksturası, uzun müddət bişərək ləzzətini özünə hopduran əti və sadə ərzaqlarla hazırlanan ənənəvi strukturu ilə qovurma Qara dəniz mətbəxinin ən xüsusi ləzzətlərindəndir. Öz suyunda ağır-ağır bişərək "lokum" kimi yumşalan bu yemək istər plov, istərsə də təzə çörəklə mükəmməl uyğunluq təşkil edir.
Milli.Az lazım olan ərzaqları təqdim edir:
1 kq dana quşbaşı (doğranmış ət)
3 xörək qaşığı kərə yağı
2 xörək qaşığı bitki yağı
1 ədəd orta boy quru soğan
4 diş sarımsaq
1 çay qaşığı qara istiot
1 çay qaşığı duz
1 stəkan isti su
Hazırlanması:
Geniş və qalın altlıqlı bir qazanı orta-yüksək odda yaxşıca qızdırın. Bitki yağını əlavə etdikdən sonra dana ətini tökün və ət öz suyunu buraxıb yenidən çəkənə qədər ara-sıra qarışdıraraq qovurun.
Ət yüngülcə rəng aldıqdan sonra qazanın ortasında kiçik bir boşluq yaradın. Qabığı soyulmuş bütöv soğanı bu boşluğa yerləşdirin, əzilmiş sarımsaqları isə ətlərin üzərinə səpin.
Duz və qara istiotu əlavə etdikdən sonra kərə yağını parça-parça qazana qatın. Son olaraq isti suyu soğanın yarısına gələcək qədər ehtiyatla tökün.
Qazanın qapağını bağlayın və ocağı ən aşağı dərəcəyə qoyun. Əti təxminən 2 saat ərzində ağır-ağır bişirin. Müddət tamam olduqdan sonra soğanı qazandan çıxarın. Qovurmanı bir neçə dəqiqə qapağı açıq şəkildə dincəldərək artıq suyunu çəkin.
Qovurmanın lokum kimi yumşaq olması üçün sinirsiz və orta yağlı dana əti seçin. Dinləndirilmiş ət istifadə etmək daha yaxşı nəticə verir.
Qazanı əvvəlcədən yaxşıca qızdırıb əti yüksək odda qızartmaq (möhürləmək), ətin suyunu içində saxlamasına kömək edir.
Ocağı zəif odda saxladıqdan sonra qapağı tez-tez açmayın. Aşağı istilikdə uzun müddət bişirmək ətin liflərinin yumşalmasını təmin edir.
Duzu bişmənin əvvəlində deyil, ət rəng aldıqdan sonra əlavə etmək onun daha asan yumşalmasına kömək edə bilər.
Nuş olsun!
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Suyu çox olan şorbanı xilas etməyin yolu - 1 qaşıq bəs edir
-
Sobada İzmir küftəsi resepti
-
Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
-
Cəmi 30 dəqiqəyə hazırlanan dadlı kolbasalı şorba resepti
XƏBƏR LENTİ
-
Azərbaycanda qadınların orta çəkisi kişilərdən çoxdur
-
Azərbaycan XİN Türkiyəni təbrik etdi
-
Azərbaycanda həbsxanalarda 21 uşaq doğulub
-
Sergen Yalçınla türk futbolçular arasında gərginlik - O sözlərinə görə...
-
Ermənistan parlamentində deputatlar arasında yenə dava düşdü - (Video)
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi ADMİU-da - (Video/Foto)
-
Azərbaycanda terror işi üzrə hökm: 8 nəfərə 13 ilədək həbs verildi
-
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb
-
Noyabrın 1-dən bu avtobuslar dəyişir - Gedişhaqqı...
-
Niderlandda ümumölkə karantini tətbiq olundu
-
Masallıda ağır qəza: Ölən var
-
“Aşk-ı Memnu”nun aktyoru peşəsini dəyişdi (Foto)
-
Anası yenidən ailə qurdu, 14 yaşlı qızın həyatı dəyişdi
-
Şəmkirdə usta evdə təmir zamanı öldü
-
Qızıl almaq istəyənlərə vacib xəbər
-
Mourinyo qızının bu fotolarını silməsini tələb etdi - Müzakirə yaradan görüntülər... - (Fotolar)
-
Ermənistan prezidentinin səhhəti pisləşdi
-
Asiya-Sakit okean regionu Azərbaycan turizmini kəşf edir
-
Bakıda azyaşlı faciəvi şəkildə öldü
-
Sabah yeni ombudsman seçiləcək
-
Acun keçmiş arvadı ilə bir arada - (Fotolar)
-
Azərbaycanda bu şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
-
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqladı
-
Xəstəxanaya yerləşdirilən Kompani ilə bağlı xəbər var





