Süd mürəbbəsi resepti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yalnız bir neçə ərzaqla hazırlanan süd mürəbbəsi qatı teksturası və karamelə bənzər ətri ilə həm səhər yeməklərinin, həm də şirniyyatların vazkeçilməzidir. Evdə asanlıqla hazırlaya biləcəyiniz tam qvamında süd mürəbbəsi reseptini təqdim edirik:
Milli.Az xəbər verir ki, latın dilində "Dulce de Leche" olaraq bilinən bu ləzzət xüsusilə Cənubi Amerika mətbəxində çox məşhurdur. Süd və şəkərin uzun müddət vam odda bişirilməsi ilə hazırlanan bu xüsusi mürəbbə səhər yeməyində çörəyin üzərinə yaxaraq yeyə, həmçinin tort, krep, pankek və peçenyelərinizdə istifadə edə bilərsiniz.
Süd mürəbbəsi üçün lazım olan ərzaqlar:
1 litr tam yağlı süd
2 stəkan toz şəkər
1 çay qaşığı çay sodası (karbonat)
1 paket vanil (istəyə bağlı)
Hazırlanma qaydası:
Geniş bir qazana südü və şəkəri əlavə edin. Şəkər tamamilə əriyənə qədər qarışdırın.
Qarışıq qaynayıb köpüklənməyə başlayanda içərisinə sodanı (karbonatı) əlavə edin. Soda əlavə edildikdə süd köpürəcəyi üçün qazanın daşmamasına diqqət yetirin.
Ocağın altını çox azaldın (vam oda qoyun) və arabir qarışdıraraq təxminən 1,5-2 saat bişirin.
Qarışıq qatılaşıb açıq karamel rəngini alanda vanili əlavə edib bir neçə dəqiqə daha qarışdırın.
Mürəbbə qaşığın arxasını örtəcək qvama gəldikdə ocaqdan götürün.
Otaq temperaturunda soyudun. Soyuduqca qvamı daha da qatılaşacaq.
Tam soyuduqdan sonra şüşə bankaya keçirib soyuducuda saxlaya bilərsiniz.
Nuş olsun!
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Elnarə Xəlilova oğulları ilə - (Foto)
-
İstanbulda xəstəxanada yanğın: Xəstələr təxliyə edilir - (Foto)
-
Gəncədə atasını yuxudan oyadan oğul həbs olundu
-
Tramp ukraynalıları yeni prezident seçməyə çağırıb
-
Timoşenko hörüklərini açdı - (Video)
-
Lerikə güclü dolu yağdı - (Video)
-
İpek Tanrıyar dəfnə sinəsi açıq gəldi, tənqid olundu - (Foto)
-
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - deputat açıqladı
-
Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta – (Video)
-
Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı
-
"Çelsi" "Bornmut"u darmadağın etdi
-
Goranboyda qəza - xəsarət alanlar var
-
“Alim Qasımovu oğlumun məclisinə çağırdım gəlmədi“ - Hüseyn Məhəmmədoğlu
-
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil” - Azər Bağırov
-
8 Noyabr prospektində güclü yanğın baş verib - Yenilənib
-
Xoşqədəm Hidayətqızı “Günaydın, Azərbaycan”dan getmə səbəbini açıqladı
-
Azərbaycan cüdoçularından DÇ-də rekord
-
Kokauri gümüş medal qazandı
-
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
-
Azərbaycan Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib - Yenilənib
-
Lətifə bu kanalda aparıcılıq edəcək
-
Vəzifəsindən azad olunan polkovnik Nofəl Əsədova yüksək vəzifə verildi
-
İşdən çıxarıldığı deyilən direktorla bağlı rəsmi açıqlama
-
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - (Foto)





