14 İyul: Azərbaycanın taleyini dəyişən siyasi dönüş nöqtəsi
Azərbaycanın müasir tarixində ölkənin gələcək inkişaf istiqamətini müəyyənləşdirən mühüm tarixlər var. Bu tarixlərdən biri də 14 iyuldur. Məhz 1969-cu il iyulun 14-də Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublika rəhbərliyinə gəldi. Sonrakı illərdə baş verən hadisələr göstərdi ki, bu, təkcə kadr dəyişikliyi deyil, Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafında yeni mərhələnin başlanğıcı idi.
Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
"XX əsrin 60-cı illərinin sonlarında Azərbaycan keçmiş SSRİ-nin geridə qalan respublikalarından biri hesab olunurdu. Sənaye istehsalında, kənd təsərrüfatında və sosial inkişaf göstəricilərində mövcud problemlər ölkənin potensialından tam istifadə etməyə imkan vermirdi. Heydər Əliyevin rəhbərliyə gəlməsindən sonra isə respublikada genişmiqyaslı islahatlar və yeniləşmə prosesi başlandı.", - deyə S.Mikayılova vurğulayıb.
Deputatın sözlərinə görə, 1969-1982-ci illər Azərbaycanın iqtisadi yüksəliş dövrü kimi xarakterizə olunur. Bu illərdə yüzlərlə yeni sənaye müəssisəsi yaradıldı, maşınqayırma, neft-kimya, energetika və digər strateji sahələr inkişaf etdirildi. Respublikanın kənd təsərrüfatında məhsuldarlıq artdı, infrastruktur layihələri həyata keçirildi, şəhər və rayonların siması dəyişməyə başladı. Azərbaycan ittifaq miqyasında qabaqcıl respublikalardan birinə çevrildi.
"Heydər Əliyevin fəaliyyətində xüsusi yer tutan məsələlərdən biri də milli kadrların hazırlanması idi. Onun təşəbbüsü ilə minlərlə azərbaycanlı gənc SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərildi. Həmin gənclərin əhəmiyyətli hissəsi sonradan müstəqil Azərbaycanın dövlət idarəçiliyində, elmində, iqtisadiyyatında və hərbi quruculuğunda mühüm rol oynadı.
Azərbaycanın gələcək müstəqilliyinin təməlini təşkil edən amillərdən biri də məhz həmin dövrdə formalaşdırılan milli özünüdərk və dövlətçilik düşüncəsi oldu. Sovet ideoloji çərçivələri daxilində fəaliyyət göstərməsinə baxmayaraq, Heydər Əliyev Azərbaycan dilinin, milli-mədəni dəyərlərin qorunmasına və inkişafına xüsusi diqqət ayırırdı. 1978-ci ildə Azərbaycan dilinin respublikanın Konstitusiyasında dövlət dili kimi təsbit olunması bunun ən mühüm nümunələrindən biri hesab edilir."
S.Mikayılova vurğulayıb ki, tarix xüsusilə bir həqiqəti təsdiqlədi ki, 1969-cu ildə başlayan siyasi fəaliyyət sonradan Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında da mühüm rol oynadı. 1990-cı illərin əvvəllərində ölkədə hökm sürən siyasi böhran, vətəndaş qarşıdurması və dövlətçiliyin təhlükə altında qalması şəraitində Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi. Bu baxımdan bir çox siyasi ekspertlər 1969-cu ildə başlanan liderlik mərhələsini müasir Azərbaycan dövlətinin formalaşmasının başlanğıc nöqtələrindən biri kimi qiymətləndirirlər.
S.Mikayılovanın sözlərinə görə, bu gün Azərbaycanın əldə etdiyi uğurlar, beynəlxalq nüfuzu, iqtisadi və siyasi gücü haqqında danışarkən 14 iyul 1969-cu il tarixinin xüsusi əhəmiyyəti qeyd olunur. Çünki həmin gün ölkənin gələcək inkişaf strategiyasını müəyyən edən, milli dövlətçilik düşüncəsini gücləndirən və Azərbaycanı yeni mərhələyə çıxaran siyasi kursun əsası qoyuldu.
"Aradan keçən onilliklər göstərir ki, 14 iyul yalnız təqvimdəki bir tarix deyil. Bu gün Azərbaycanın inkişaf yolunda dönüş nöqtəsi, dövlətçilik tarixində mühüm mərhələ və müasir Azərbaycanın formalaşmasına təsir göstərən ən əlamətdar hadisələrdən biri kimi yadda qalır."
.jpg)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakıya yola düşüb (Foto)
-
14 İyul: Azərbaycanın taleyini dəyişən siyasi dönüş nöqtəsi
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)
-
Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib (Foto/Video)
-
Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilib (Foto)
-
Azərbaycan beynəlxalq informasiya gündəliyinin formalaşmasına töhfə verir - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Çempionlar Liqası: "Sabah"ın 2-ci təsnifatdakı rəqibi bəlli oldu
-
Fransa - İspaniya matçının heyətləri açıqlandı
-
Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakıya yola düşüb (Foto)
-
Dayı bacısı qızının evindən qızıl oğurladı
-
Türkiyədə məhkəmə Netanyahunu beynəlxalq axtarışa verdi
-
"Qəbələ" yoxlama oyununda "Kəpəz"i məğlub edib
-
14 İyul: Azərbaycanın taleyini dəyişən siyasi dönüş nöqtəsi
-
“Sabah” TNS-ə qarşı - Start heyətlər
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)
-
Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib (Foto/Video)
-
Holand və Bellinqem DÇ-2026-da tarixə düşdülər
-
Bakıda avtobuslar toqquşdu: Sərnişinlər arasında əməkdar artist Elman Rəfiyev də var - (Video)
-
İki küçədə hərəkət məhdudlaşdırılacaq
-
Azərbaycanlı gənc Rusiya-Ukrayna müharibəsində həlak oldu
-
Qara dəniz üslubunda dana qovurması resepti
-
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
-
Avropada anomal istilərdən ölənlərin sayı 14 mini ötüb
-
Mənsum İbrahimov: "Qızım bütün nəsli formada saxlayır"
-
İranın 180 deputatı ABŞ-la anlaşma memorandumunun ləğvini tələb edir
-
“Məni ağlatdığınız zaman başıma sığal çəkən adama qarşı açıqlama yayım?” - Xatirə Yüzbəyova
-
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə
-
Beynəlxalq axtarışda olan şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub
-
Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilib (Foto)
-
Beynəlxalq axtarışda olan Türkmənistan vətəndaşı ekstradisiya edilib





